Siyasət

“Təhsil müəssisələri Novruz bayramına qədər bağlanmalıdır”

26 Fevral, 2020
622
Koronavirusun coğrafiyası genişlənməyə davam edir: Cənubi Koreya infeksiya daşıyıcılarının, İran isə virusun can aldığı insanların sayına görə Çindən sonrakı ikinci yeri bölüşür. 

Fevralın 26-sı üçün İranda ölənlərin sayı 19-a çatıb. Qonşu İranda virusun yayılması Azərbaycanda insanlar arasında təşvişi artırıb. 

"Azərbaycan Hava Yolları” QSC-nin ( AZAL) prezidenti Cahangir Əsgərov isə İran və Azərbaycan arasında olan uçuşlarda bir məhdudiyyətin olmayacağını mediyaya bildirib.

İran ötən il xaricə səfər edən hər 5 Azərbaycan vətəndaşından 2-nin, bütövlükdə isə 2 milyondan çox insanın səyahət etdiyi ölkədir və Azərbaycanla quru ilə sərhəddir.

Hələlik Azərbaycanda virusa yoluxma ilə bağlı rəsmi məlumatlar yoxdur. Amma bəzi apteklərdə maska tapılmır, bəzilərində isə əvvəllər qiyməti 5 qəpik olan adi maskanın qiyməti 60-70 qəpikdən ucuz deyil.

Rəsmi məlumatlarda bildirilir ki, fevralın 25-də, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müşahidəsi üçün 23 nəfər yerləşdirilib. Hazırda 52 nəfərdən 2-nin hərarəti normadan bir qədər yüksəkdir. Həkim müşahidələri davam etdirilir.

Azərbaycan Demokrtiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu feysbuk hesabında koronavirusdan qorunmaq üçün 10 vacib addım təklif edib.

Q.İbadoğlunun fikrincə, İran rəsmiləri ölənlərin sayını az göstərə bilər. O, İranın raketlə vurduğu sərnişin təyyarəsini bir neçə gündən sonra etiraf etməsini əsas gətirərək rəqəmlərdən şübhə etdiyini bildirib. 

Q. İbadoğlu hesab edir ki, İranda baş verənlər bütün qonşular üçün təhlükələr yaradır: "Bağça, məktəb və universitetlərdə təshil gələn həftədən Novruz bayramına qədər dayandırılmalıdır. İranda can alan virusun Azərbaycana daxil olması ehtimalı yüksəkdir. Onun qarşısını almaqda Azərbaycan səhiyyəsi acizdir”.

Q.İbadoğlunun tətbiq edilməsi vacib hesab etdiyi addımlar bunlardır: 

1. İran-Azərbaycan arasında canlı ünsiyyət yaradan bütün kommunikasiya və nəqliyyat vasitələri (hava, avtomobil və s.) ikitərəfli qaydada dayandırılsın. 
2. İranla sərhəd keçid məntəqələri gediş-gəliş və tranzit daşımalar üçün bağlansın. Digər sərhəd keçid məntəqələrində Çindən və virusun yayıldığı digər 30 ölkədən gələnlər xüsusi tibbi yoxlamalardan keçirilsin.
3. Səhiyyə Nazirliyi tibbi personalı təlimatlandırsın, xəstəxana, ambulator-klinik və diaqnostik mərkəzləri lazımı resusrlarla (dərman, sarğı ləvazimatı, infeksiya vasitələri və s.) təmin edilsin, şübhəli şəxslərin müayinələri və bu istiqamətli testlər yalnız ixtisaslaşmış tibbi müəssisələrində aparılsın. 
4. Qapalı yerlərdə nəzərdə tutulan kütləvi idman, mədəniyyət, incəsənət və sair tədbirlər (toylar da daxil olmaqla) təxirə salınsın.
5. Bütün ictimai sektorlarda maarifləndirilmə aparılmalı, gələn həftədən Bakı, Gəncə, Sumqayıt və i digər şəhərlərdə yerləşən təhsil müəssisələrində tədris Novruz bayramına qədər dayandırılmalıdır. 
6. Əhali arasında kütləvi informasiya vasitələri, xüsusilə də televiziya vasitəsilə maarifləndirmə işi həyata keçirilsin, əhali posterlər, video-roliklər vasitəsilə virusdan mühafizə vasitələri barədə məlumatlandırılsın.
7. Virusun mənşə ölkəsinə, eləcə də onun geniş yayıldığı ölkələrə məxsus olan restoran-kafelərdə qidalanmaya, həmin ölkələrdən idxal olunan ərzaq mallarının satışına məhdudiyyətlər qoyulsun.
8. Dərman və tibbi ləvazimatların idxal və ixracına nəzarət gücləndirilsin. Ən zəruri dərman peraparatlarının, tibbi ləvazimatların və sarğı materiallarının ünvanlı şəkildə dövlət büdcəsi hesabına çatdırılması təmin edilsin. 
9. Naxçıvanın blokadaya düşməsini əsas götürərək Bakı-Naxçıvan istiqamətində uçuşların intensivliyi artırılsın və gediş-gəliş biletinin qiyməti aşağı salınsın. 
10. Əhali ictimai nəqliyyatdan (metro və avtobus) istifadəni maksimum surtətdə azaltmağa çalışsın. 

Eyni zamanda Q.İbadoğlu  mart ayında bayramdan əlavə digər iş günlərinin qeyri -iş günü hesab edilməsini təklif edib: "Mart ayında  şənbə-bazar günləri ilə birlikdə qeyri-iş günlərinin sayı 15 gündür. Bu o deməkdir ki, onsuz da ay ərzində 15 gün dərs olmayacaq, yerdə qalan 16 günün dərslərini isə yaz semestrinin sonuna əlavə edilməyini təklif edirəm".

İqtisadçı milli səhiyyənin bərbad olmasını, uzun müddətdir ki, uşaqlar peyvənd olunmamasını əsas gətirərək etdiyi təkliflərin vacibliyini vurğulayıb: "Əgər bu virus Azərbaycana gələrsə, o, daha sürətlə yayıla və çox can ala bilər. Havaların qızması vurusun neqativ təsilərini azaltdığından martdan çıxsaq, hesab edirəm ki, bu dərddən də çıxa bilərik”.

Roza Məmmədova

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo