11:22, 23 Sentyabr 2020 (Çərşənbə) 118

Təhsil Nazirliyi məktəblərdəki yoluxmalarla bağlı açıqlama verib

Təhsil Nazirliyi məktəblərdəki yoluxmalarla bağlı açıqlama verib
Nazirliyin məlumatına əsasən, gün ərzində 10 şagirddə "Covid-19” virusu aşkarlanıb.

Virusa yoluxmuş işçi heyətinin sayı isə 7 nəfər olub.

"Şagirdlərdən 36, işçi heyətindən isə 7 nəfərin bədən hərarəti 37° -dən yuxarı olub” – məlumatda bildirilir. 

Təhsil Nazirliyinin verdiyi məlumata görə, sentyabrın 22-i ümumtəhsil müəssisələrində 2 sinif distant təhsilə keçirilib. 

"Ayın 22-nə qədər ümumilikdə 1 məktəb və 6 sinif distant təhsilə keçirilib” – məlumatda belə deyilir. 

Şəbnəm Adil