15:36, 27 İyul 2020 (Bazar ertəsi) 277

“Təhsildə islahatlar dərinləşməlidir”

“Təhsildə islahatlar dərinləşməlidir”
"Bildiyiniz kimi, ölkəmizdə gəncləşmə siyasəti aparılır, gənclər çox önəmli vəzifələrə təyin edilir və hesab edirəm ki, hazırda Azərbaycanda idarəetmə sahəsində çox müsbət təcrübə əldə olunub”.

APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Prezident bildirib ki, yaşlı nəslin təcrübəsinin və gənc nəslin müasirliyinin, novatorluğunun sintezi ölkəmizin uğurlu inkişafına təsir göstərir: "Gənc olmağınıza baxmayaraq, sizin təhsil sahəsində təcrübəniz var. Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışmısınız. Bu günə qədər Təhsil İnstitutunun direktoru vəzifəsində işləyirsiniz. Ona görə əminəm ki, təhsil qarşısında duran problemlərlə bağlı sizin geniş fikriniz, məlumatınız var”.