00:04, 23 Mart 2020 (Bazar ertəsi) 780

Tələbələr İstanbul aeraportundan çıxarıldılar

Tələbələr İstanbul aeraportundan çıxarıldılar
Azərbayacana qayıtmaq üçün İstanbul hava limanında təyyarə gözləyən 250 tələbə çıxılmaz vəziyyətə düşüb. 

Az əvvəl onlara bildirilib ki, martın 22-də saat 23-dən etibarən karonavirusla bağlı İstanbul hava limanında dezinfeksiya işləri aparılacaq. Qərarın ardınca hava limanındakı insanlar təxliyyə edilir. Bu haqda Toplum TV-yə Türkiyənin Sabancı Universitetində təhsil alan Yasin Uğur məlumat verib.

"Hal-hazırda İstanbul Hava limanında olan tələbələrimiz var. Dezinfeksiya işlərinə görə tələbələr hava limanından uzaqlaşdırılır. Tələbələrin qalacaq yeri yoxdu. Onların arasında qızların sayı çoxluq təşkil edir”, - Yasin Uğur deyir. 

O, tələbələrin gedəcək yerlərinin olmadığını, üstəlik maddi vəsaitlərinin tükəndiyini vurğulayır. Onlar durumla bağlı Azərbaycanın İstanbuldakı konsulluğundan və Azərbaycan Hava Yollarından məlumat ala bilmədiklərini deyirlər. 

Tələbələr aeraportdan canlı yayım edərək  Azərbaycan republikasının prezidenti İlham Əliyevə müraciət edərək kömək istəyiblər. 

Azərbaycanda Novruzla bağlı iş günü olmadığı üçün rəsmi qurumlardan açıqlama almaq mümkün deyil. 

İstanbuldan başqa Ankara hava limanında da təyyarə gözləyən azərbaycanlıların arasında tələbələr var.

Zülfiyyə Quliyeva