Siyasət

Təşkilat siyasi motivlərlə cinayət təqibinə məruz qalan şəxslərin siyahısını açıqlayıb

10 İyul, 2019
369
İyunun 10-da Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq (ASMAUİ) siyasi motivlərlə cinayət təqibinə məruz qalan şəxslərin siyahısını açıqlayıb. 

Bu barədə Turan İA məlumat verib.

Siyahıda 107 nəfər var və 8 qrupdan ibarətdir.

"Jurnalistlər və blogerlər" qrupuna 7 nəfər daxildir. Həmin siyahıda yeni şəxslər realliq.info saytının redaktoru İkram Rəhimov və xeberman.com saytının rəhbəri Polad Aslanovdur.

"Hüquq müdafiəçiləri" qrupunda 1 nəfər var - Əlabbas Rüstəmov.

"Müxalifət partiyaları və hərəkatlarının üzvləri" siyahısında 7 nəfər var.

"MTN cinayətlərinin qurbanları" kateqoriyasına 3 nəfər daxildir - Səid Dadaşbəylinin işi üzrə mühakimə olunanlar.

Bacısının həyat yoldaşı, xaricdə yaşayan Türkel Azərtürkün müxalifətyönlü jurnalist fəaliyyətinə görə həbs olunmuş Emin Saqiyev "siyasi girov" kimi tanınıb.

Ən çox məhbus "dindarlar" qrupundadır- 56. 46 nəfərlik ən böyük qrup Nardaran hadisələri ilə bağlı həbs olunub. İslam Partyasının lideri Mövsüm Səmədov və ilahiyyatçı Abgül Süleymanov da həmin qrupa daxildir.

Siyahıda Gəncə hadisələri ilə əlaqədar mühakimə olunmuş 18 nəfər və "ömürlük həbs olunanlar" qrupundan 14 nəfər var.

ASMAUİ 2018-ci ilin sonlarında Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov, hüqüq müdafiəçisi Hilal Məmmədov və Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev tərəfindən yaradılıb. 

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo