13:26, 26 Mart 2020 (Cümə axşamı) 146

Təxirə salınan olimpiada: 2,7 milyard dollarlıq zərər

Təxirə salınan olimpiada: 2,7 milyard dollarlıq zərər
Tokio-2020 Yay Olimpia Oyunlarının təxirə salınmasının vuracağı ziyanın məbləği müəyyənləşib.

APA-nın məlumatına görə, yarışın 2021-ci ilə keçirilməsi təşkilatçılara 2,7 milyard dollara başa gələcək.

Bu vəsait icman qurğularının icarəsi, otellərin yenidən bron edilməsi, həmçinin personal və mühafizə xidmətinə əlavə ödənişləri əks etdirir.

Qeyd edək ki, iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Tokio-2020 koronavirus pandemiyası üzündən 2021-ci ilədək təxirə salınıb.