Siyasət

The Washington Post: Azərbaycanda səyahət qadağası və saxta seçki

27 Fevral, 2020
479
"İlham Əliyev onu tənqid edən jurnalistləri və hüquq müdafiəçilərini susdurmağa çalışır”

"Azərbaycan prezidenti, qisas və repressiya tətbiq edir”, - "The Washington Post” qəzetinin fevralın 25-də dərc etdiyi redaksiya məqaləsində belə deyilir.

MeydanTV-nin verdiyi məlumata görə, yazıda qeyd edilir ki, beynəlxalq jurnalistlərin konsorsiumu tərəfindən aparılan araşdırmaya görə, Azərbaycanın hakim elitası avropalı siyasətçilərini satın almaq, lüks mallar almaq, pul yumaq və başqa özlərinə faydalı işlər üçün gizli fonddan istifadə edir. Bununla yanaşı, İlham Əliyev onu tənqid edən jurnalistləri və hüquq müdafiəçilərini susdurmağa çalışır. Hazırda o, prezidentin ailəvi sərvətlərini araşdıran jurnalistlərdən biri Xədicə İsmayılovanı cəzalandırmaqda davam edir.

İsmayılova ədalətsiz olaraq bir il yarım həbsdə saxlanıldıqdan sonra 2016-cı ildə sərbəst buraxılıb. O, Əliyev və ailəsinə aid telekommunikasiya, tikinti, qızıl mədəni, otel, media və hava yolları xidmətlərində gizli maliyyə əlaqələrini ifşa etmişdi.

Yazıda daha sonra qeyd edilib:

"Əliyev elitasının ölkəni talan etməsi ilə bağlı daha ətraflı məlumat 2017-ci ilin sentyabr ayında yayınlanmış "Azərbaycanın pulyuyan maşını” adlı araşdırmasındadır. Araşdırmada Birləşmiş Krallıqda qeydiyyata alınmış dörd şirkət vasitəsilə iki il ərzində 2,9 milyard dolların Azərbaycandan çıxarılmasından bəhs edilir. Yazıda ən azı üç Avropa siyasətçisinin, rejimə loyal hekayələr yazan bir jurnalistin və hökuməti tərifləyən iş adamlarının bu puldan yararlandığı qeyd olunur. Bu zaman müddətində isə Azərbaycan hökuməti 90-dan çox insan hüquqları müdafiəçisini, müxalif siyasətçi və jurnalisti, o cümlədən İsmayılovanı həbsxanaya atıb”.

İsmayılova səyahət qadağası daxil olmaqla 5 il sınaq müddəti ilə sərbəst buraxılıb. Fevralın 6-da o deyib ki, beş ilin dördü bitib və qanunlar vaxtın yarısı bitibsə, bu müddətin dayandırılmasına imkan verir.

Məqalədə qeyd edilib:

"Lakin Azərbaycanın Ali Məhkəməsi, şübhəsiz ki, Əliyevin istəyi ilə hərəkət edərək qoyulmuş səyahət qadağasını ləğv etmək barədə onun vəsatətini təmin etməyib. "Məhkəmə mənim işimin xüsusi olduğunu deyib”, İsmayılova deyib”.

Daha sonra redaksiya əlavə edir: "Biz də düşünürük ki, onun işi xüsusidir: demokratik idealların özəyini həyata keçirmək üçün mübarizə aparan cəsarətli bir jurnalist – hansı ki, azadlığı və qanunun aliliyinə dözümlü olmayan bir rejimin özünü məsuliyyətə cəlb edir”.

"Əliyevin avtokratik idarə üsulu özünü 9 fevral seçkilərində də göstərib”, - məqalə davam edir.

"Hakim Yeni Azərbaycan Partiyası 125 üzvlük müti parlamentdə öz üzvlərinin sayını artıra bildi. "O, azad və ədalətli deyildi”,- məqalədə seçkilər haqda rəy bildirilir.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı deyib ki, "məhdud qanunvericilik və siyasi mühit həqiqi rəqabətin qarşısını alıb” və seçicilərə "həqiqi siyasi müzakirələr olmadığı üçün əhəmiyyətli seçki mühiti təmin edilməyib. Səslərin sayılması zamanı önəmli pozuntular baş verib”, - yazıda qeyd edilir.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo