18:14, 03 İyul 2020 (Cümə) 419

Tibbi personalda yoluxma göstəricisi nə qədərdir?

Tibbi personalda yoluxma göstəricisi nə qədərdir?
"Xüsusi rejimli xəstəxanalarda cüzu yoluxma faktı var. Məsələn, Mərkəzi Neftçilər Xəstəxanasında 7 yoluxma halı var.  O həkimlərin 4-ü evdə yoluxub”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O qeyd edib ki, bütün tibb personalı içərisində yoluxma göstəricisi 8% təşkil edir: "Bunun böyük hissəsi evlərdən daşınan infeksiyalardır”. 

TƏBİB sədri əlavə edib ki, əksəriyyət də digər tibb müəssisələrində olan yoluxmalardır.