16:37, 23 Mart 2020 (Bazar ertəsi) 147

Tofiq Yaqublu barəsində həbs qətimkan tədbiri seçilib

Tofiq Yaqublu barəsində həbs qətimkan tədbiri seçilib
Nizami Rayon Məhkəməsində Milli Şuranın Koordinasiya və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Qızı Nigar Həzinin verdiyi məlumata görə, məhkəmə T.Yaqublunun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

22 mart günorta saatlarında Tofiq Yaqublunun park halında dayanmış maşını ilə başqa bir avtomobil arasında qəza baş verib. Sürücülər arasında çıxan mübahisədən sonra Tofiq Yaqublu "102" polis qaynar xəttinə zəng edib və daha sonra şəxslər Nizami Rayon Polis İdarəsinə aparılıb.

Nigar Həzi Tofiq Yaqublunun şikayətçi qismində polis idarəsinə getdiyini, lakin idarədə ona qarşı ittiham irəli sürüldüyünü deyib.

Həmçinin istintaq davam edən zaman T.Yaqublunun vəkil Elçin Sadıqovla görüşünə icazə verilməyib.