Tofiq Yaqublunun azad edilməsi məqsədilə Prezidentə müraciət göndərilib.
Müraciət Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təşəbbüsü ilə sentyabrın 11-də Tofiq Yaqublunun müdafiəsi məqsədi ilə təşkil olunmuş müzakirə nəticəsində hazırlanıb.
Tofiq Yaqublu barəsində martın 22-də baş vermiş avtomobil qəzası zamanı olan "mübahisəyə” görə 3 ay həbs qətimkan tədbiri seçilib.
O, Nizami Rayon Məhkəməsinin 3 sentyabr tarixli qərarı ilə 4 il 3 ay azadlıqdan məhrum edilib.
"Biz, bu müraciəti imzalayan siyasi partiyalar və hərəkatlar elan edilmiş məhkəmə hökmünü ədalətli hesab etmir, onun əsaslandırılmadan və qanunsuz qəbul olunduğunu bəyan edirik”, - müraciətdə bildirilir.
Müraciəti Azərbaycan Ədalət Partiyasının sədri İlyas İsmayılov, ADR Hərəkatı sədri Qubad İbadoğlu, AXP sədri Pənah Hüseyn, AYP sədri Anar Əsədli, Haqq və Ədalət Partiyası sədri Əli İnsanov, MDP sədri İlyas Abdullayev, Ümid Partiyası sədri İqbal Ağazadə, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov, Vətəndaş və İnfişaf Partiyası sədri Əli Əliyev, politoloqlar Ərəstun Oruclu və Hikmət Hacızadə imzalayıblar.
Onlar Tofiq Yaqublu işinin ədalətlə həll edilməsi üçün Prezidentin müdaxiləsi ilə onun azadlığa buraxılmasını zəruri hesab etdiklərini qeyd ediblər.
"Biz Tofiq Yaqublunun işini xüsusi nəzarətinizə götürməyə, onun işi ilə bağlı ən qısa zamanda apelyasiya məhkəməsi keçirilərək həbs qətimkan tədbirinin dəyişdirilməsinə çağırırıq”,- Prezidentə müraciətdə deyilir.
Tofiq Yaqublu məhkəmə qərarına etiraz olaraq 12 gündür ki, "ölüm aclığı” aksiyası keçirir.
Həkimi Adil Qeybulla onun səhhətində problemlərin yaranığını bildirib.
O, dünən "City Hospital” a köçürülsə, də aclıq aksiyasını hələ də dayandırmayıb.
Şəbnəm Adil
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.