Siyasət

Tofiq Yaqublunun apelyasiya şikayətinə 11 gün sonra baxılacaq

17 Sentyabr, 2020
397
Müsavat partiyası və Milli Şuranın üzvü, 16 gündür həbsinə etiraz olaraq aclıq edən Tofiq Yaqublunun apelyasiya məhkəməsi sentyabrın 28-nə təyin olunub.

Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib. 

Onun sözlərinə görə, şikayətə hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq.

Bu haqda ToplumTv-yə danışan müxalifətçinin digər vəkili Aqil Layıc hesab edir ki, apelyasiyanın vaxtının sentyabrın 28-nə təyin olunması səhv və təhlükəli addımdır: "Ona görə ki, Tofiq bəy ölüm aclığındadır. Nəticə olaraq ədalət bərpa olunana qədər biz onu hər an itirə bilərik”.
 

 
Vəkilin sözlərinə görə, Tofiq Yaqublunun azadlığa buraxılması dərhal təmin olunmalıdır.

Müxalifətçinin qızı Nigar Həzi hakimiyyətin atasının ölümündə maraqlı olduğunu iddia edir. "Bu aclığa  Tofiq Yaqublunu hakimiyyət vadar edib. O, hüquqi müstəvidə hüquqlarını müdafiə imkanlarından tamamilə məhrum edilidiyi üçün qanunsuz həbsə və hökmə etiraz kimi ən son üsul olaraq aclığa başlayıb. İndi bu durumda hakimiyyət nəticələrinə də qatlanmaq məcburiyyətində olacaq. Bütün dünya və cəmiyyətimiz Tofiq Yaqublunun günahsız olduğunu və şərləndiyini bilir. Ancaq buna rəğmən İlham Əliyev Tofiq Yaqublunu həbsdə saxlamaqda və onu öldürməkdə israrlıdır”.
 

 
Tofiq Yaqublu bu il martın 22-də tutulub.  O, Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunub.

Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Tofiq Yaqublu isə həbsinin siyasi sifariş olduğunu bildirib. 

O, sentyabrın 2-dən həbsinə etiraz olaraq aclıq aksiyası keçirir. Tofiq Yaqublu hazırda aclıq aksiyasının 16-cı günündədir. O, sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.

Arzu Çinarlı

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo