00:28, 10 Sentyabr 2020 (Cümə axşamı) 236

Tofiq Yaqublunun həbsinə etiraz olaraq aksiya keçirilib

 
 
Sentyabrın 9-da Tofiq Yaqublunun həbsinə etiraz olaraq aksiya keçirilib. 

Aksiya Qoşa Qala qapısı yaxınlığında baş tutub. 

Aksiyadan əvvəl əraziyə xeyli sayda polis gətirilib. Etiraz zamanı 30-a yaxın iştirakçı polis tərəfindən saxlanılıb. Daha sonra saxlanılanlar sərbəst buraxılıb. 

Hazırladı: Zərifə Novruz