14:51, 17 Sentyabr 2020 (Cümə axşamı) 148

Tofiq Yaqubluya dəstək aksiyaları keçirilir

 
 
 Müsavat partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublu artıq 16 gündür aclıq aksiyası keçirir. 

Yaqubluya dəstək olaraq ölkə daxilində və xaricdə müxtəlif aksiyalar keçirilir. 

Sentyabrın 14-də Azərbaycanın İstanbuldakı Konsulluğu önündə bir qrup azərbaycanlı Tofiq Yaqubluya dəstək aksiyası keçirib. 

Siyasi fəalın qanunsuz həbs edildiyini iddia edən həmin qrup onun azadlığa buraxılmasını tələb edib. 

Sentyabrın 15-də Strasburqda bir qrup fəal eyni tələblə aksiya keçirib. 

Mingəçevirdə AXCP fəalı Ceyhun Rzayev avtomobilinə Tofiq Yaqublunun fotosunu asıb. Buna görə polis şöbəsinə aparılıb və daha sonra sərbəst buraxılıb. 

Sentyabrın 14-də  Gənclik metrostansiyasında "Tofiq Yaqubluya azadlıq” şüarı yazılmış şarlar havaya buraxılıb.

Hazırladı: Zərifə Novruz