17:27, 09 Sentyabr 2020 (Çərşənbə) 180

Tofiq Yaqubluya ikinci dəstək aksiyası

Tofiq Yaqubluya ikinci dəstək aksiyası
Çərşənbə günü bir qrup ictimai və siyasi fəal sentyabrın 3-də Tofiq Yaqublunun barəsində hökmün çıxarıldığı Nizami Rayon Məhkəməsinin binası qarşısında etiraz aksiyası keçirib.

Onlar başlarına üzərində "Azadlıq!” yazılmış lentlər bağlayıblar və "Tofiq Yaqubluya azadlıq!” yazılmış köynək geyiniblər.

Polis bir neçə aksiya iştirakçısını saxlayıb. Onları maşınlara oturdaraq aksiya yerindən uzaqlaşdırıblar.

Güm qurumları jurnalistlərin də işinə mane olublar. Buna cavab olaraq KİV işçiləri "Azad media susdurula bilməz!”, "Mediaya toxunma!” şüarlarını səsləndiriblər.
 
 
turan.az