İqtisadiyyat

Toğrul Maşallı: “AİH-in yaradılması da, Asiya İnkişaf bankının bu qurumla əməkdaşlığı da uğursuz olacaq”

25 Sentyabr, 2020
553
İqtisadiyyat naziri Mikayıl Cabbarov sentyabrın 23-də Asiya İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Nariman Mannapbekovla görüş keçirib.

Mikayıl Cabbarov görüşdə avqustun 7-də təsis olunmuş Azərbaycan İnvestisiya Holdinqinin təşəkkülü və inkişafı üçün əməkdaşlıq təşəbbüsü ilə çıxış edib.

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, "Azərbaycan İnvestisiya Holdinqi”nin hansı proqramla fəaliyyət göstərəcəyi məlum deyil və bui investorların cəlb olunmasında problem yarada bilər: "Asiya İnkişaf Bankının burada müxtəlif layihələrin maliyyələşməsində son 20 ildə iştirak payı var. Azərbaycan üçün yad olan bir qurum deyil. Azərbaycanı olan problemləri bilir və investisiya mühitindən də xəbəri var. Azərbaycan İnvestisiya Holdinqinin məqsədi Azərbaycanda özəlləşmənin həyata keçirilməsi, iqtisadiyyatda dövlətin rolunun azaldılmasıdırsa, təbii ki, burada beynəlxalq qurumların, o cümlədən investisiya mərkəzlərinin də müəyyən dəstəyi və rolu ola bilər. Onlar da özəlləşmədə müxtəlif şəkildə iştirak edə bilərlər. Amma görünən odur ki, yeni yaranmış qurumun hələ ki, yol xəritəsi yoxdur. Yəni Azərbaycan İnvestisiya Holdinqi nə ilə məşğul olacaq, bu, hələ bəlli deyil. Dövlət hansı aktivlərini özəlləşdirmək istəyir, hansı şərtlərlə bunu etmək istəyir, uzunmüddətli icarə müqavilələrimi olacaq və ya birbaşa özəlləşdirmə üçün açıq tenderlər keçiriləcək, bunlar da məlum deyil. Ona görə də, bu, yəqin ki, ilkin məsləhətləşmənin bir tərkib hissəsidir. Beynəlxalq təcrübənin öyrənilməsi nöqteyi-nəzərindən də lazımdır. Amma Azərbaycan hökumətinin də özünün bəlli bir yol xəritəsi olmalıdır. Çox təəssüf ki, hələ özəlləşdirmə, dövlətin iqtisadiyyata müdaxiləsinin azaldılması, iqtisadiyyatın dövlətsizləşdirilməsi ilə bağlı ciddi bir proqram sənədini görməmişik. Yəni Azərbaycan İnvestisiya Holdinqinin hansı kriteriyalarla çalışacağı barədə Azərbaycan hökumətinin aydın mesajları olmalıdır ki, investorlar üçün maraqlı olsun”.
 

 
Natiq Cəfərli Azərbaycanda investisiya mühitinin yaxşı olmadığını və bu sahədə maneələrin olduğunu bildirib: "Bununla yanaşı, Azərbaycanın investisiya mühiti də yaxşılaşdırılmalıdır ki, xarici investorlar Azərbaycanda gələcəkdə özəlləşmə proqramlarına maraq göstərsin. Hələ ki Azərbaycanda investisiya mühiti yumşaq desək, yaxşı deyil. Qanunvericilik bazası zəifdir, məhkəmə hakimiyyəti müstəqil deyil. Bunlar investorlar üçün çox vacibdir. Vergi və gömrük siyasətində hələ investorlara yönəlik addımlar kifayət qədər deyil. Yəni bütün bunlar paralel bir paket şəklində müzakirələrə çıxarılıb, yol xəritəsi hazırlanmalıdır ki, beynəlxalq qurumlar, o cümlədən, Asiya İnkişaf Bankı da Azərbaycandakı bu yeni özəlləşmə addımlarına maraq göstərsin”.

İqtisadçı ekspert Toğrul Maşallı isə hesab edir ki, yeni yaranan qurumun Asiya İnkişaf Bankı ilə əməkdaşlığı uğursuz olacaq.
Toğrul Maşallının fikrincə, əməkdaşlıqdan əvvəl Azərbaycanda idarəçilik üsulları dəyişdirilməlidir: "Asiya İnkişaf Bankının Azərbaycanda bir neçə layihəsi var idi. Dövlət şirkətlərinin effektivliyinin artırılması ilə bağlı məsələlərə daha çox önəm verir. Bununla bağlı bir sıra kreditlər ayırıb. Sadəcə, burada bir məsələ var. Fikrimcə, onların indiyədək Azərbaycanda keçirdiyi bütün layihələr uğursuz olub. Həm Asiya İnkişaf Bankı, həm də digər maliyyə institutları son 5 ildə Azərbaycanda dövlət şirkətlərində islahatların keçirilməsində, özəlləşdirmədə çox aktiv iştirak edir. Lakin bu sahədə ciddi dəyişiklik görməmişik. İndi isə Azərbaycan İnvestisiya Holdinqinin yaradılması və bu əməkdaşlıq qeyri-effektiv olacaq. Çünki Azərbaycanda idarəçilik üsulları tam dəyişdirilməlidir. İlk olaraq bu proses həyata keçirilməlidir ki, sonra nəsə baş versin”.

Hüsü Xanlarlı

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo