16:42, 16 Oktyabr 2020 (Cümə) 49

Tramp ABŞ-da karantin rejimi tətbiq etməyəcək

Tramp ABŞ-da karantin rejimi tətbiq etməyəcək
ABŞ koronavirusun ikinci dalğasına görə yeni məhdudlaşdırıcı tədbirlər həyata keçirməyəcək. 

Bu barədə ABŞ prezidenti Donald Tramp "Fox Business" telekanalına müsahibəsində deyib:

"Biz artıq heç nəyi bağlamayacağıq. Bizdə hər şey qaydasındadır".

Onun sözlərinə görə, artıq ABŞ-ın böyük təcrübəsi var və xəstəliyi kifayət qədər öyrənə biliblər. 

 Tramp ayrı-ayrı ştatlarda xəstəliyə yoluxanların sayında kəskin artım olduğunu bildirib.
O, amerikalı alimlərin hazırladığı koronavirus peyvəndinin 2020-ci ilin sonunda hazır ola biləcəyini deyib.