16:13, 05 Avqust 2020 (Çərşənbə) 566

Tramp administrasiyasından insan alveri qurbanlarına yardım

Tramp administrasiyasından insan alveri qurbanlarına yardım
Tramp administrasiyası Ədliyyə Departamenti vasitəsi ilə insan alveri qurbanlarını təhlükəsiz sığınacaqla təmin edən təşkilatlara 35 milyon dollardan çox qrant ayırıb.

Qrantlar çərşənbə axşamı Ağ Evdə baş prokuror William Barr, prezidentin müşaviri İvanka Tramp, digər administrasiya rəsmiləri, insan alveri qurbanları olmuş insanlar və onlara yardım göstərən təşkilatların qatıldığı tədbirdə elan edilib.

35 milyon dollarılıq "İnsan alveri qurbanlarına mənzil yardımı qrantları" Ədliyyə Departamentinin Ədliyyə İdarəsi Proqramları nəzdində Cinayət Qurbanları İdarəsi tərəfindən insan alveri qurbanlarına mənzil və xidmətlər göstərmək üçün təqdim edilir

Ağ Ev bildirir ki, qrantlar altı aydan 24 aya qədər keçid dövrü və ya qısamüddətli mənzil yardımı göstərmək üçün 33 ştatda 73 təşkilat arasında paylanacaq. Bu maliyyədən ilə kirayə pulu, kommunal xidmətlər və ya əlaqədar xərcləri ödəmək üçün də istifadə olunacaq.

Maliyyə vəsaitindən qurbanlara daimi yaşayış yeri və iş tapmaq, peşə təhsili, eləcə də məsləhət almasına yardım üçün də istifadə edilə biləcək.

Prezident Donald Trampın qızı İvanka Tramp koronavirus pandemiyasının insan alveri qurbanları üçün təhlükəsiz mənzillərin tapılması işini daha da zəruri edib. O əlavə edib ki, evdə qalmaq göstərişinin verildiyi şəraitdə qurbanların bir çoxu insan alveri ilə məşğul olanlarla bir evdə qalmağa məcbur olub.

"Administrasiya bu narahatlıqları eşitdi və sağ qalanların yaşayış üçün sabit bir yerə sahib olmasını təmin etmək üçün aparıcı qeyri-hökümət təşkilatlarını lazımi maliyyə ilə təmin etməyə başladı", İvanka Tramp bildirib.

Qrantları verildiyi təşkilatlar arasında Mayamidəki Camillus House, Detroytdakı Qızlar üçün Alternativlər və Ohayoda Şaker Haytsda İcma Resurs Mərkəzi var.

Prezident Tramp vəzifəyə başlayandan bəri insan alveri məsələsinə diqqəti artırmağa çalışıb. Bu ilin yanvar ayında isə o, məsələ ilə bağlı xüsusi müşavir təyin edib.

Onun qızı İvankada Tramp da insan alveri problemini əsas diqqət mərkəzində saxlayır.

Qurbanlara yardım edən qeyri-hökmət təşkilatlarını ziyarət etmək üçün yanvar ayında Atlanta şəhərinə səfəri zamanı İvanka Tramp insan alverini "müasir köləlik" ilə müqayisə edərək, Ağ Evin buna son verməyə qərar verdiyini söyləyib.

amerikaninsesi.org