10:10, 12 Yanvar 2020 (Bazar) 89

Tramp İrandakı etirazçılara fars dilində dəstək verib

Tramp İrandakı etirazçılara fars dilində dəstək verib


/ DÜNYA
ABŞ prezidenti Donald Tramp Tvitter mikrobloqunda İrandakı etirazçılara fars dilində dəstək verib.

Tramp etiraçıları dəstəklədiyini bildirib:

"Uzun müddətdir əziyyət çəkən, amma cəsur iranlılar: Prezident olduğum gündən sizinləyəm və mənim administrasiyam sizinlə birlikdə olmağa davam edəcək. Etirazınızı çox diqqətlə izləyirik və cəsarətinizdən ilham alırıq”, deyə, fars dilində yazıb.

ABŞ prezidentinin fikrincə, İran hökuməti insan haqları qruplarına etiraz aksiyalarının baş verdiyi yerləri izləməyə mane olmamalı və daxil olan faktları açıqlamağa icazə verməlidirlər: "Nə internetin kəsilməsi, nə də dinc nümayişçilərə qarşı növbəti qırğın baş verə bilməz. Dünya (İran - Red) seyr edir”.