11:27, 11 Fevral 2020 (Çərşənbə axşamı) 158

Tramp koronavirusun barədə açıqlama verdi: "Apreldə epidemiya başa çatacaq"

Tramp koronavirusun barədə açıqlama verdi:


/ DÜNYA
ABŞ prezidenti Donald Tramp koronavirus epidemiyasının bu ilin aprelində sona çatacağını bildirib.

Bu barədə RİA "Novosti” xəbər verir. "Koronavirus barədə, insanlar düşünürlər ki, o isti səbəbindən apreldə gedəcək”, – deyə ABŞ prezidenti qubernatorlarla görüşdə bildirib.

"Ümumiyyətlə, isti belə virusu öldürür”, – Tramp deyib. ABŞ prezidentinin sözlərinə, Çin virus epidemiyasının apreldə başa çatacağı barədə onu əmin edib.

Tramp həmçinin deyib ki, ABŞ-da koronavirusla mübarizədə "vəziyyət yaxşıdır”.

Birləşmiş Ştatlarda koronavirusdan ölənlərin sayı 13 nəfərə çatıb.