10:21, 17 Yanvar 2020 (Cümə) 293

Tramp Omanın yeni sultanı ilə görüşmək istəyir

Tramp Omanın yeni sultanı ilə görüşmək istəyir


/ DÜNYA
ABŞ və Omanın liderləri arasında telefon danışığı olub.

TASS xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Omanın yeni sultanı Haysam ben Tarek ilə telefon danışığında şəxsi görüşə ümid etdiyini bildirib.

Məlumata görə, Donald Tramp həmçinin yeni sultan və Oman xalqına sultan Kabus ben Səid Əl Səidin vəfat etməsi ilə əlaqədar başsağlığı verib.

Kabus ben Səid Əl Səid yanvarın 10-da 79 yaşında vəfat edib. Yanvarın 11-də 65 yaşlı Haysam ben Tarek Əl Səid Omanın yeni sultan olaraq and içib. Bundan öncə o, Omanın Mədəniyyət və Milli İrs Nazirliyinin rəhbəri olub.