10:59, 15 Noyabr 2020 (Bazar) 97

Trampın tərəfdarlarından növbəti aksiya - FOTOLAR

Trampın tərəfdarlarından növbəti aksiya - FOTOLAR


/ DÜNYA
Donald Trampın tərəfdarları ABŞ-dakı seçkilərdə saxtakarlıqlara yol verilməsi iddiasıyla Vaşinqtonda"Million MAGA (Make America Great Again) yürüşü" təşkil ediblər (BBC, 14 noyabr).

"Qürurlu Oğlanlar” ("Proud Boys”) da daxil olmaqla, çox sayda sağçı qrupun üzvləri də nümayişə qatılıb, bəziləri dəbilqə və güllə keçirməyən jilet geyinib.
Aksiya polisin müşayətilə davam edib.

Noyabrın 3-də ABŞ da prezident seçkiləri keçirilib, Demokrat Partiyasının namizədi Co Baydenin prezident seçilib.

Eks-prezident Donald Tramp səslərin saxtalaşdırıldığını iddia edərək nəticələri qəbul etmədiyini deyir.