12:49, 21 Noyabr 2020 (Şənbə) 128

Türk əsgərlər tezliklə Azərbaycana gələcək

Türk əsgərlər tezliklə Azərbaycana gələcək
"Türk əsgərləri ən qısa zamanda Azərbaycandakı vəzifələrinin icrasına başlayacaq”.

Türkiyənin müdafiə naziri Hulusi Akar belə deyib.

Bu barədə noyabrın 21-də "Haberturk” xəbər verib.

Nazirin sözlərinə görə,Türkiyə quru qoşunları hazırlıq işlərini başa çatdırır.

H.Akar həmçinin Qarabağla bağlı razılşamaya əsasən, Rusiya ilə görüşlər keçirdiklərini söyləyib:

"Azərbaycanlı qardaşlarımızın bütün hüquq və mənafelərinin qorunması üçün nə lazımdırsa, onu etmişik və edəcəyik. Azərbaycanla bağlı məclisdə qanun layihəsi qəbul olundu. Hazırlıqlarımız tamamlandı”.