10:37, 18 Noyabr 2020 (Çərşənbə) 71

Türkiyə Azərbaycana hərbi qüvvələr göndərir

Türkiyə Azərbaycana hərbi qüvvələr göndərir
Türkiyə Parlamenti noyabrın 17-də Azərbaycana hərbi qüvvələrin göndərilməsi barədə qanun qəbul edib.

Anadolu Agentliyinin xəbərinə görə, parlamentdə sənədin müzakirəsi zamanı Ədalət və İnkişaf Partiyası, Miliyyətçi Hərakat Partiyası, Cümhuriyyət Xalq Partiyası və İyi Partiyasının nümayəndələri qanun layihəsinin lehinə məruzə ediblər. Xalqların Demokrat Partiyasının (HDP) nümayəndəsi isə sənədin qəbul edilməsinə qarşı olduğunu deyib.

Sənəd barədə müzakirələrdən sonra səsvermə keçirilib və layihə ikinci oxunuşda qəbul edilib.

Qanun layihəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə noyabrın 16-da TBMM-ə təqdim edilib. Qanuna görə, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.