13:31, 16 Noyabr 2020 (Bazar ertəsi) 123

Türkiyə Azərbaycana hərbi qüvvə göndərəcəkmi? - Qanun layihəsi TBMM-də

Türkiyə Azərbaycana hərbi qüvvə göndərəcəkmi? - Qanun layihəsi TBMM-də
Türkiyənin Azərbaycana ordu göndərməsi ilə bağlı Prezident Administrasiyasında hazırlanan qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib. 

Bu barədə noyabrın 16-da  "Anadolu" agentliyi məlumat yayıb.
 
Məlumata görə, qanun layihəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə parlamentə göndərilib. 

Qanun layihəsinin TBMM-də müzakirə edilməsi gözlənilir. 

Xəbərdə hərbçilərin 1 il müddətində Azərbaycanda Rusiya-Türkiyə birgə monitorinq mərkəzində fəaliyyət göstərəcəkləri bildirilib.