16:51, 12 Dekabr 2019 (Cümə axşamı) 182

Türkiyə mətbuatı TANAP-ın əleyhinə çıxdı

Türkiyə mətbuatı TANAP-ın əleyhinə çıxdı
Türkiyənin "Cümhuriyyət” qəzeti rəsmi Ankaranın TANAP vasitəsilə Azərbaycandan aldığı qazın qiymətinin endirilməsi tələbini irəli sürdüyü haqda xəbər dərc edib. 

Bu barədə məlumatı MeydanTV yayıb. 

Bildirilir ki, qəzet məlumatın mənbəyini açıqlamayıb. Qəzet yazıb ki, Azərbaycan qazının Rusiya qazından 12% ucuz olacağı bildirilsə də, daşıma xərclərinin çox baha olması bu gözləntini doğrultmayıb:

"Əskişəhərdə təslim aldığı TANAP qazının hər 1000 kub/metr üçün 78 dollar, Trakiyada hər 1000 kub/metr üçün 103 dollar nəql xərci lazımdır. Yekunda Azərbaycan qazının qiyməti 300 dollara çıxır. Avropa spot bazarında dekabın ilk ongünlüyünün sonunda 165 dollar təşkil edib”.

Qəzet enerji naziri Fatih Dönməzin "təbii qaz gözləniləndən 59 faiz daha ucuz” açıqlamasını xatırladaraq Türkiyənin qaz idxalının 21 faizinin Azərbaycanın payına düşdüyünü qeyd edib.