Siyasət

Türkiyə və Fransa arasında gərginlik təhlükəli həddədi

14 Avqust, 2020
874
Paris Kipr sahilləllərində neft-qaz axtarışı ilə bağlı mübahisədə Afinanı dəstəkləmək üçün Aralıq dənizinə hərbi donanma gəmilərini göndərdikdən sonra NATO üzvləri olan Fransa və Türkiyə arasında gərginlik son həddinə çatıb.

Yunanıstanın baş naziri Kyriakos Mitsotakis avqustun 12-də televiziya ilə müraciətində xəbərdarlıq edib ki, belə qapalı bir dəniz hövzəsində bu qədər hərbi gəminin yığılması qəza riskini artırır.

Financial Times qəzeti yazır ki, Fransa prezidenti Emmanuel Macron-la Mitsotakis arasında telefon söhbətindən sonra Paris "Aralıq dənizindəki vəziyyəti daha yaxından monitorinq etmək” və "beynəlxalq qanunlara riayət olunmasını təmin etmək” məqsədilə Aralıq dənizinə hərbi gəmilərini göndərib.

Bundan başqa Fransanın iki Rafale hərbi döyüş təyyarəsi Yunanıstanın Krit adasında mənzillənib.

Livana yardımın daşınması ilə məşğul olan Tonnerre helikopterdaşıyanı da bu bölgədədir.

Bugünlərdə Yunanıstanla Fransanın birgə dəniz təlimində iştirak etmiş Lafayet döyüş gəmisi də Kiprdən üzərək sözü gedən dəniz bölgəsinə gəlib.

"Aralıq dənizinin sahilində olmayan ölkə…”

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Fransanın adını çəkməsə də belə bir bəyanat verib:

"Heç bir xarici ölkənin, şirkətin və ya gəminin bizim ərazi sularımızda icazəsiz olmasına yol verilməyəcək. Biz burada Aralıq dənizində ümumiyyətlə sahili olmayan bir ölkənin Yunanıstanı və Kiprin yunan administrasiyasını yanlış addımlara sövq edən təxribatını görürük”.

Almaniya bildirib ki, yaranmış vəziyyətdən "son dərəcə narahatlıq keçirir”.

Kansler Angela Merkelin sözçüsü Steffen Seibert deyib ki, Berlin hər iki tərəflə danışıb və Türkiyə ilə Yunanıstanın birbaşa dialoquna ehtiyac var.

Gərginliyin artmasına Yunanıstanla Misir arasında dəniz sərhədlərinin Krit adasından cənubda delimitasiyasına dair razılaşmanın imzalanması səbəb olub. Türkiyə də bu əraziyə iddialıdır və bu il Liviya ilə buna bənzər razılaşma imzalayıb.

"Karbohidrogen hüququ”

Financial Times yazır ki, son illərdə Aralıq dənizində, Afrikanın şimalında və Yaxın Şərqdə hərbi əzələ nümayiş etdirən Türkiyənin prezidenti Erdoğan, xanım Merkellə və Avropa Şurasının sədri Charles Michel-lə telefonla danışacağını deyib.

Avropa İttifaqının üzvü olan Kiprin yunan və Türkiyə tərəfindən dəstəklənən türk administrasiyası arasında bölüşdürülməsi Afina və Ankara arasında münasibətləri illərdir ki, korlayıb.

Türkiyə Şimali Kipr Türk Respublikasını tanıyan yeganə ölkə olaraq qalır.

Erdoğan deyib ki, Aralıq dənizində gərginliyi artıran onun ölkəsi deyil: "Yunanıstan və Kiprin yunan administrasiyası Kipr türklərini onların karbohidrogen hüquqlarından məhrum etmək istəyirlər”.

Mitsotakis televiziya ilə təcili çıxışında deyib ki, avqustun 13-də Türkiyənin Oruc Reis neft-qaz kəşfiyyat gəmisini izləyən Yunanıstan hərbi gəmisi az qala Türkiyənin hərbi gəmisi ilə toqquşub.

Yunanıstanın Müdadfiə Nazirlıiyi bu insident barədə məlumat verməmişdi.

Yunanıstan baş naziri bunu da deyib ki, Afina bu ərazidə müstəsna iqtisadi zonalara dair danışıqları bərpa etməyə hazırdır.

Avropa nazirləri nə deyəcəklər?

Financial Times yazır ki, Parisin müdaxiləsi Avropa İttifaqı xarici işlər nazirlərinin avqustun 14-də keçiriləcək görüşünün ərəfəsinə təsadüf edib.

Bu iclasda məhz Aralıq dənizindəki vəziyyət müzakirə olunmalıdır.

Məqalədə deyilir ki, Avropa İttifaqının Türkiyə üzərinə qoyduğu sanksiyalar indiyədək simvolik səciyyə daşıyıb.

Avropa xarici işlər nazirləri ötən ay Türkiyə ilə gərginliyi artırmamaq barədə qərar qəbul etsələr də, Aİ xarici işlər komissarı Josep Borrell-ə, Türkiyə neft-qaz kəşfiyyatı işlərini dayandırmadığı təqdirdə Ankaraya qarşı konkret təklif planı hazırlamağı həvalə etmişdilər.

Cənab Borrell ötən həftə Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlu ilə Maltada görüşərək Avropa İttifaqı-Türkiyə münasibətlərini və şərqi Aralıqdakı vəziyyəti müzakirə etmişdilər.

Cənab Çavuşoğlu ötən ay bildirmişdi ki, Avropa İttifaqı onun üzərinə sanksiyalar qoyarsa, Ankara cavab reaksiyası göstərəcək.
 
azadliq.org

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo