Siyasət

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

28 İyul, 2020
749
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Recep Tayyip Erdoğan iyulun 27-də apardıqları telefon danışığında Ermənistan və Azərbaycan sərhədindəki qarşıdurmanı müzakirə ediblər.

Kremlin verdiyi məlumatda deyilir ki, tərəflər "regiondakı vəziyyətin stabilləşdirilməsi üçün səylərini əlaqələndirməyə hazır olduqlarını” bildiriblər.

Bundan az öncə Putin Azərbaycan və Ermənistan arasındakı münaqişənin Rusiya üçün son dərəcə həssas məsələ olduğunu demişdi.

Rusiyanın TASS dövlət xəbər agentliyi bildirir ki, Putin bu münaqişədə eskalasiyaya səbəb olacaq hərəkətlərdən çəkinməyin mühüm olduğunu vurğulayıb.

Hər iki tərəf münaqişə vəziyyətinin yalnız dinc yollarla həllində maraqlı olduğunu bildirib.

Türkiyə prezidenti deyib ki, "Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq qanunlar və Ermənistan və Azərbaycan xalqlarının maraqları əsasında siyasi və diplomatik yollarla həllinə alternativ yoxdur”.

Prezidentlər habelə iki ölkə arasında münasibətlərin bir sıra spesifik məsələlərinə toxunublar.

Kremlin bu barədə verdiyi məlumatda deyilir ki, iki lider ölkələrinin koronavirus epidemiyası ilə bağlı fəaliyyətlərini müsbət qiymətləndiriblər.

Putin və Erdoğan vurğulayıblar ki, məhz bunun sayəsində avqustun 1-dən Rusiya və Türkiyə şəhərləri arasında sərnişin uçuşlarının qismən bərpası mümkün olub.

TASS xəbər verir ki, Rusiya lideri türkiyəli həmkarını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib.

Agentlik bunu da bildirir ki, telefon söhbətinin təşəbbüsü Türkiyə tərəfindən olub.

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşma olub. Hər iki tərəf itki verib.

Son günlər döyüş səngisə də, gərginlik davam edir.
 
azadliq.org

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo