15:37, 12 Yanvar 2020 (Bazar) 100

Türkiyədə irimiqyaslı antiterror əməliyyatına başlanılıb

Türkiyədə irimiqyaslı antiterror əməliyyatına başlanılıb


/ DÜNYA
Türkiyənin cənubundakı Hatay əyalətində növbəti genişmiqyaslı antiterror əməliyyatına başlanılıb.

Bu barədə "Anadolu” agentliyi məlumat yayıb.

Ölkənin Dаxili İşlər Nаzirliyində bildirilib ki, "Kapan-2” ("Tələ-2”) adı almış əməliyyatda asayiş keşikçilərinin 585 əməkdaşı, o cümlədən polislər və jandarmlar cəlb edilib.

Güc strukturlarının əsas vəzifəsi Amanos dağlıq silsiləsi ərazisindəki PKK terroru təhlükəsinin tam aradan qaldırılmasıdır.

Artıq əməliyyatın ilk saatlarında terrorçuların 3 sığınacağı və anbarı aşkarlanıb, bir əldəqayırma partlayıcı qurğu məhv edilib.

PKK terror qruplaşması 1984-cü ildə meydana çıxıb. PKK silahlıları Türkiyədə sabitliyi pozmaq üçün bir sıra terror aktları təşkil ediblər.