Manşet

Türkiyənin keçmiş baş naziri vəfat etdi

30 Oktyabr, 2020
464
Türkiyənin keçmiş baş naziri Məsud Yılmaz oktyabrın 30-da, 73 yaşında vəfat edib.

Bu barədə Türkiyənin "Hürriyət" qəzeti məlumat yayıb.

2019-un yanvarında Məsud Yılmazın ağciyərində şiş aşkarlanıb və elə həmin ay o, əməliyyat olunub.

2020-ci ilin mayında isə M.Yılmazın beynində şiş aşkar edilib və təkrar əməliyyat olunub.
Məsud Yılmaz 1983-cü ilin mayında Türkiyənin "Ana Vətən" Partiyasının qurucu üzvü və sədr müavini olub. Həmin ilin noyabr ayında keçirilən ümumi seçkilərdə Rizədən millət vəkili seçilib.

Turqut Özalın ilk hökumətində nazir postuna təyin edilib və hökumətin sözçüsü vəzifəsini icra edib.

1986-1990-cı illər arasında Turqut Özalın qurduğu hökumətdə Xarici İşlər naziri və Mədəniyyət və Turizm naziri vəzifələrini icra edib.

ANAP sədri Yıldırım Akbulutun istefasından sonra 1991-ci ildə keçirilən qurultayda partiya sədri seçilib və baş nazir olub.

Türkiyədə 1995-ci ildə ümumi seçkilərdən sonra qurulan koalisiya hökumətində yenidən baş nazir təyin edilib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Manşet

"Cənab prezident, sərhədləri açın, uşaqlarımıza kömək edə bilək"

1 Sentyabr 2022
Azərbaycanda  pandemiyaya görə tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırılıb. Quru sərhədlərin bağlı qalması iki ildən çoxdur ki, davam edir. Hazırda insanlar ölkəni yalnız hava yolu ilə tərk edə bilirlər.       Rüxsarə Əliyeva "Toplum TV"-yə deyir ki, oğlu Məhəmmədi müalicə ilə bağlı İrana aparmalıdır. Amma maddi durumu və oğlunun təyyarəyə olan fobiyasına görə, artıq iki ildir ki, Bakıdan çıxa bilmirlər.   Məhəmməd ağır dərəcəli revmatizm-artiret xəstəliyindən əziyyət çəkir, sümük-oynaq problemlərinə görə, hərəkətində məhdudiyyətlər yaranıb.   "Demək olar ki, son 3-4 il ərzində oturub-durmağı çətinləşib. Sümük böyüdükcə, inkişaf etdikcə çətinlik də artır. Pilləkan çıxıb düşə bilmir, düz yolu mənim...
Manşet

Keçmiş MTN polkovniki  hökmü eşidəndə halı pisləşdi 

24 İyun 2022

e-huquq.az

İyunun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş polkovniki, işdən uzaqlaşdırılandan sonra Lənkəran Dövlət Universitetinin prorektoru olmuş, sonradan bu işindən də kənarlaşdırılmış Bahadır Qocayevin məhkəməsi başa çatıb. Məhkəmə iclasına hakim İradə Həsənzadə sədrlik edirdi.  Ötən il Dövlət Təhlükəsizlik Xidmətinin həbs etdiyi Bahadır Qocayev 70 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İttihama görə, o, bir neçə il əvvəl Xaçmazın Seyidlər kəndindəki bağ evini borclu olduğu bir şəxsə borc əvəzi etibarnamə ilə verib. Həmin şəxs də evi Fazil Alıyev adlı digər şəxsə 60 min manata satıb. Bir müddət sonra Bahadır Qocayevin...

Seçilmiş Videolar

Toplum TV loqo