İqtisadiyyat

"Türkiyənin xarici borcu təhlükəli həddədir" - Ekspert

6 Sentyabr, 2018
3729
İqtisadçı Məhəmməd Talıblı son günlər Türkiyə iqtisadiyyatının durumu ilə bağlı sosial şəbəkədə bir neçə status paylaşıb. 

O, Türkiyənin dollardan imtina etməsinin bu ölkənin iqtisadiyyatına təsirlərindən yazıb. 

"Sizif əməyi..."

Ekspert açıqlamalarının birində mövcud situasiyanı belə izah edib: "Qardaş Türkiyənin iqtisadiyyatındakı durumdan narahatıq. Dolların lirə üzərində eksponsiyasına əks reaksiya olaraq dolların yandırılması da daxil olmaqla ondan imtina üçün kompaniya aparılır. Bu nə qədər təsirli ola bilər? Düşünmək üçün 2 məqamə diqqət edin. Suallar da həm də cavab var. Daş yumurtanın üzərinə yox, hətta yumurta daşın üstünə düşsə belə, daş əzilər, yoxsa yumurta qırılar? Dünyada ticarətin 60% dollarla, 20% avro ilə, yerdə qalan 20% isə digər valyutalarla aparılırsa, bu zaman dollardan imtina lirənin dəyərini necə yaxşılaşdıra bilər ki? Dünyanın valyuta bazarında gündəlik 5,1 trilyon dolların hərəkəti baş verirsə, bu zaman Türkiyənin hətta 200 milyard dollarının lirəyə çevrilməsi o bazara hansı təsiri göstərə bilər ki? Hər iki suala aydın cavabların olması "Sizif əməyi"ni xatırladır".

"Qapının ağzını kəsən borclar..."

Digər bir açıqlamasında iqtisadçı Türkiyəni tələsdirən borclardan, ölkənin rəsmi olaraq, xaricdən cəlb etdiyi kreditlərin həcmi və hazırki vəziyyətdə bu borcların təhlükəli tərəflərindən danışıb: "Türkiyədə milli valyutasının dəyər itirməsindən sonra ən böyük risk doğurası amil kimi ölkənin xarici borclanması ilə bağlı narahatlıqlardır. Rəsmi məlumatlara görə, Türkiyənin xaricdən cəlb etdiyi kreditlərin həcmi (rəsmi olaraq 466 mlrd.) yuvarlaq olaraq isə 500 milyard dollar təşkil edir ki, bunun da 310 milyard dolları özəl sektorun payına düşür, 130 milyard isə dövlət şirkətlərinin zəmanətlə aldıqları kreditlərdir. Bu böyük yükdürmü? Dünyada iri supergüclərin trilyon borcları var. ABŞ (22 trln.) və Yaponiya (12 trln.) başda olmaqla iki rəqəmli borcları var. Almaniya və İngiltərənin 2,5 trln., Fransanın 2,8 trln., Hindistanın 2 trln., İspaniya və Kanada kimi dövlətlərin 1,5 trln. dollar səviyyəsində xarici borcları vardır. Bunlar təsəlli üçün deyil. Həmin ölkələrin böyük həcmli ÜDM-i var. Türkiyənin isə xarici borcunu iqtisadi normalar baxımdan yanaşanda, bu xarici borcun səviyyəsi təhlükəli həddədir. (ÜDM-40%-in keçir). 

İndiki halda bu təhlükənin ən pis tərəfi bunlardır:

• Alınmış kreditlər dövlət satınalmaları üçün sərf edilib və iri investisiya layihələri maliyyələşdirilib. (beton yollar, iri aeroport, inzibati binalar və s).
• Bu layihələr əsasən dəyər yaratmayan sahələrə xərclənməklə istehsal təyinatı olmayan, istehlak və idxal ehtiyaclarının qarşılanması üçün edilib.
• Ən pisi isə odur ki, alınmış kreditlərin qaytarılması dövrləri çox yaxınlaşıb. Necə deyərlər, borc qapının ağzını kəsib. Təkcə 2018-ci ildə 235 milyard dollarlıq xarici borc qaytarmalıdır".

"Türkiyə iqtisadiyyatı elə qurulub ki, o davamlı daxili maliyyə qaynaqlardan məhrum vəziyyətindədir. O bir iqtisadi orqanizm olaraq hansısa impulslar hesabına qidalanmalıdır. Kredit reytinq agentliyi "Fitch”in hesablamalarına görə, Türkiyənin təkcə 2018-ci ildə ümumi maliyyə ehtiyacları 230 milyard dollardan artıqdır. Borclar maliyyələşməli və yeni borcları isə daha rentabelli layihələrə sərf etməklə valyuta ehtiyatları yaratmaq imkanı qazanılmalıdır.

Türkiyə iqtisadiyyat üçün kreditləri həm Avropa ölkələrindən (İspaniya, İtalya), həm Qərb (BVF, ABŞ) dünyasından alırdı. AKP iqtidarı zamanı çoxsaylı problemlərin həlli ilə yanaşı, xarici borclanma hesabına populizmə xidmət edən və türk qardaşlarımız demiş, komuoyuna hesablanmış parıltılı projelərə də az vəsait xərcləmədi. İndiki ağır borclanmada sabaha yox, bu günə daha işləmək niyyətləri açıq sezildi", - M. Talıblı bildirib. 

"Bir gülləylə 5 dovşan..."

Ekspert qeyd edir ki, ABŞ asimmetrik əməkdaşlıq yox, hegemonluq diqtəsi ilə regionlarda oturmaq istəyir: "Uzun illərdir ki, Türkiyədə yaşayan rahib Branson Türkiyəni daxildən parçalamaq üçün dağıdıcı qüvvələri davamlı olaraq maliyyələşdirməkdə ittiham olunaraq həbs olundu. Bransona işgəncə verilmədi. Sonradan isə o, ev dustaqlığı ilə əvəz olundu. Nisbi nəzarətlə azadlıqdakı kimidir. Rza Zərrabın "pul yuma” əməliyyatında heç bir suçu olmayan məmur "Halkbank”ın rəhbərlərindən olan Hakan Atilla həbs olundu. ABŞ ekstradisiya edilən Rza da həbsxanadadır. Lakin günahı sübut olunmayan Atilla həbsxanada qaldı. Atilla da bir insandır, rahib Branson da... Lakin ABŞ Türkiyəyə Bransona görə, iqtisadi sanksiyaya əl atdı. Türkiyədən idxal olunan 2 məhsula yüksək səviyyədə rüsum tətbiq etdi. Halbuki, Türkiyədən ABŞ-a ixrac olunan polad və aliminiuma qoyulan yüksək rüsum proteksionist (himayədarlıq) siyasəti ilə bağlı deyil. Bu birbaşa Türkiyənin ixrac hesabına dollarla daxilolma imkanlarından məhrum olması və İMF-in dollar borcu almaq üçün onun qapısına getmək məcburiyyətində olmaq üçün edilir".

"Analoji addım 17 il bundan öncə ABŞ tərəfindən ediləndə Türkiyənin üzv olduğu Ümümdünya Ticarət Təşkilatı buna görə ABŞ-a etiraz etmişdi. O zaman ABŞ bunu milli təhlükəsizliyinə təhdid (232) maddəsinin pozulması ilə əsaslandırmağa çalışmışdı. Tramp rahib Bronsonun ev dustaqlığından azadlığa buraxılmasına baxmayaraq, yüksək rüsum aradan qaldırmadı. Tramp deyib ki, Brunsonun azad edilməsi bizim Türkiyəyə münasibətini dəyişən deyil. Demək, məsələ Bransonla da bağlı deyil. Məntiqlə rahib olmasaydı da, Türkiyəni zəiflətmək planı üçün hansısa səbəb tapılacaqdı. El dilində desək, məsələ yorğan davası deyilmiş, un davasıdır. PKK, PKK terror təşkilatının iki törəməsi olan YPG və PYD, FETÖ kimi yüksək rüsum siyasəti də Türkiyənin regionda ABŞ-la müttəfiqlik münasibətində əl dəyişməsi üçün edilirmiş. Çünki, məntiqlə rahib Branson 2 ildir həbs olunub, niyə indi ABŞ-ın yadına düşüb?", - o qeyd edib. 

"Branson söhbəti çox da inandırıcı deyil. ABŞ hazırda bir neçə dövlətə qarşı eyni vaxtda zərbə vurmaq kimi hədəfləri ilə ortada: Türkiyəyə polad və aliminium rüsumlarında artımlar, Çində ticarət savaşı, İrana qarşı embarqo, Rusiyaya sanksiya, Aİ-a xüsusilə avtomobillərə olan rüsumların 25% artırılması ilə böyük bir cəbhə açıb.

Bütün bunlar göstərir ki, indiki halda ABŞ asimmetrik əməkdaşlıq yox, hegemonluq diqtəsi ilə regionlarda oturmaq istəyir. Əvvəllər isə demokratiya, təhlükəsizlik və insan hüquqları ilə birgə əməkdaşlıq üçbucağı əsasən elan edilirdi. Əslində müttəfiqlik münasibətləri ortaq dövlət maraqları və sivil münasibətləri nəzərə tutmalıdır. Türkiyə ilə 40 ildir ki, Avropa İttifaqı, yaxın keçmişdə Rusiya, indi isə ABŞ fərqli dövlət statusu ilə yanaşıblar. Bu münasibətlərin sağlam əsaslar üzərində qurulması üçün müttəfiqlik içində olan dövlətlərin qardaş Türkiyəyə münasibətləri dəyişməlidir. Onlar başa düşməlidirlər ki, Türkiyə bir çadır dövləti deyil!", - M. Talıblı yazıb. 

Qeyri-neft ixracının artım dinamikasını ifadə edən yaxşı "piroqlar”...

M. Talıblı qeyd edir ki, Türkiyənin aqrar sahədə inkişafını Azərbaycanın qeyri-neft sektoru ilə də müqayisə edib. 

Onun sözlərinə görə, Azərbaycan bu sahədə Türkiyədən çox geridə qalır: "Rəsmi hesabatlara baxıram. Qeyri-neft ixracının artım dinamikasını ifadə edən yaxşı "piroqlar” tərtib edilib. Dinamikanın ümidverici mesajlarla zəngin olması haqqında optimist qeydlər yer alır. Düşünə bilərsiniz ki, neft sektorunda ciddi artım templəri qeydə alınıb. Azərbaycanın qeyri-neft ixracatında elə bir mal pozisiyasını götürüb başqa ölkələrlə müqayisə etmək istədim ki, mənzərə nisbətən aydın olsun. Bu məhsullardan ilk üçlüyə daxil olanı fındıqdır. Azərbaycanın qeyri-neft ixracatında pomidor və qızıldan sonra 3-ci yerdə fındıq ixracatı dayanır. Ölkəmiz əsasən fındığın 3\4-ü İtaliya və Rusiyaya ixrac edir. 2017-ci ildə Azərbaycan fındıq ixracatından 115 mln. dollar əldə edib. Türkiyənin isə ixracatında da öncül yerdə duran fındıqçılıq əsasən Qaradəniz bölgəsində inkişaf edib. Toplam olaraq 400 min ailəni əhatə etməklə 706 min hektar ərazidə yetişdirilir. Müqayisə üçün deyim ki, Türkiyənin illik olaraq 278 min ton fındıq ixracatı dünya fındıq ixracatının 75%-i və fındıq istehsalının isə 70%-i təşkil edir. 

Fındığın dünya bazarında qiyməti yüksək olan illərdə (2014-2015) qardaş ölkə onun 1 kq 13 dollardan satırdı. Həmin illər Türkiyə fındıq ixracatından ildə 2,8 mlrd. dollar qazanırdı. Sonradan qiymətlər təxminən 2 dəfə - 6,3 dollara qədər aşağı düşdü. Hətta aşağı səviyyəli qiymət səviyyəsi ilə belə ötən il Türkiyənin fındıq ixracatından 1,73 mlrd. dollar gəlir əldə edib.

• 2015-ci ildə Türkiyənin fındıq ixracatı həmin il üçün Azərbaycanın bütövlükdə qeyri-neft ixracatından 1,9 və ya yuvarlaq olaraq 2 dəfə çox olub.
• 2017-ci ilin göstəricilərindən çıxış etsək, Türkiyənin fındıq ixracatı Azərbaycanın fındıq ixracatından 15 dəfə çox olub.
• 2017-ci ildə Türkiyənin təkcə fındıq ixracatı toplam olaraq Azərbaycanın qeyri-neft ixracından (1.538 mlrd.) böyük olub.
Dar ixtisaslaşma və iqtisadi diversifikasiyanın olmaması postneft dövrünün ən böyük qayğılarından sayılacaq. Vaxt olanda da bu haqda da düşünün".

Samirə Əliyeva
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo