19:34, 17 Oktyabr 2020 (Şənbə) 44

Ukrayna səfirliyi Gəncəyə hücumu qınadı

Ukrayna səfirliyi Gəncəyə hücumu qınadı
Ukraynanın Azərbaycandakı səfirliyi oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumu ilə bağlı bəyanat yayıb.

Bu barədə səfirliyin rəsmi səhifəsində məlumat yayılıb.

Səfirlik dinc əhalinin həlak olmasına və yaralanmasına, eləcə də onların evlərinin dağılmasına səbəb olmuş hücumu qəti şəkildə qınadığını bəyan edib: "Mülki obyektlərə və dinc əhaliyə yönəlmiş hər hansı hücumlar əsassızdır və dərhal dayandırılmalıdır”.

"Həlak olanların ailələrinə və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, yaralıların tez bir zamanda sağalmasını diləyirik”, - bəyanatda bildirilir.


Oktyabrın 16-dan 17-nə keçən gecə Ermənistan ordusu Gəncə şəhərinə "Elbrus” ballistik raketi atıb.

Son məlumatlara görə, 15 mülki şəxs həlak olub, 52 nəfər yaralanıb.

Axtarış-xilasetmə işləri davam edir.