10:41, 26 May 2020 (Çərşənbə axşamı) 150

Ukraynada pandemiya qurbanlarının sayı artıb

Ukraynada pandemiya qurbanlarının sayı artıb
Ukraynada daha 339 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 21 584-ə çatıb.

"Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 21 nəfər artaraq 644-yə yüksəlib.

Bildirilir ki, indiyədək Ukraynada 7 575 xəstə koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.