16:10, 27 İyul 2020 (Bazar ertəsi) 686

Ukraynanın şərqində nə baş verir?

Ukraynanın şərqində nə baş verir?
Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçılarla atəşkəs qüvvəyə minib.

Atəşkəs iyulun 27-də gecə yarısından qüvvəyə minib. Bundan bir neçə saat qabaq Ukrayna prezidenti Volodymyr Zelenskiy rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətində münaqişəni müzakirə ediblər.

Tərəflər atəşkəsə dəstək ifadə ediblər. Atəşkəs ötən həftə Ukrayna, Rusiya və ATƏT təmsilçiləri arasında razılaşdırılıb.
Atəşkəsə əməl olunarsa, Minsk sülh sazişinin "digər müddəalarının gerçəkləşməsinə yol açar”, – Ukrayna prezidentinin idarəsindən bildirilib.

2015-ci ildə Belarusun paytaxtı Minskdə Ukrayna və Rusiya arasında sülh razılaşmasının əldə olunmasına Almaniya və Fransa vasitəçilik edib. Ancaq o vaxtdan saziş bütünlüklə həyata keçirilməyib.

Moskva Ukraynanın şərqində əsgərləri olmadığını bildirir.

2014-cü ildə Rusiya Krımı tutandan və separatçıları dəstəkləməyə başlayandan Ukraynanın şərqində 13 min 200 nəfər həlak olub.
 
azadliq.org