23:22, 25 Sentyabr 2020 (Cümə) 112

Valideynlərin imzaladığı iltizamlar: “Məsuliyyət niyə təkcə valideynin üzərinə atılmalıdır ki?”

Valideynlərin imzaladığı iltizamlar: “Məsuliyyət niyə təkcə valideynin üzərinə atılmalıdır ki?”
Bakı sakini Asiman Salmanovanın oğlu bu il 261 saylı məktəbin birinci sinfinə gedir. 

Pandemiya dövründə koronavirusa yoluxma təhlükəsi olsa da, o, övladını məktəbə göndərməyə məcbur olduğunu deyir. 
A.Dadaşova  "Toplum Tv”yə məktəb tərəfindən  hələki valideynlərə imzalamaq üçün iltizam təqdim edilmədiyini deyir: "Verilsə də, belə bir sənədə imza atmayacağam. Çünki belə bir halda nəyə görə təkcə məsuliyyət valideynin üzərinə atılmalıdır ki? 
Məktəblərə giriş qadağan olduğu üçün orada aparılan dezinfeksiya işlərindən də xəbərsizəm. Oğlum fasilə zamanı sadəcə əllərini yuduqlarını deyir”.

Yayılan bəzi məlumatlara görə, məktəblərdə şagirdlərin koronavirusa yoluxduğu halda məsuliyyətin yalnız valideynin üzərində olması ilə bağlı iltizamlar imzalatdırılır. 

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Toplum tv-yə belə bir iltizam formasının olmadığını deyir. 
 

 
Əslində iltizamda valideyn  övladı və ya ailə üzvlərində tənəffüs yolları şikayətləri, qızdırma, öskürək və "COVİD 19”-la bağlı hər hansı şikayətləri olduqda övladını məktəbə göndərməyəcəyi və məktəb rəhbərliyinə məlumat verəcəyi haqqında öhdəliklər götürür.

Bu günədək olan statistikaya görə isə artıq 131 şagird və 42 işçi heyətində koronavirus aşkar edilib.

Eyni zamanda yeni tədris ili başlayandan 1 məktəbdə koronavirusa kütləvi yoluxma səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib. Həmçinin 9 sinif distant təhsilə keçirilib. 

Vüsalə Mikayıl