Müsahibə

Vicdan məhbusunun anası: "Ortada tək qalmışıq"

21 Aprel, 2017
4395
Bloger Rəşad Ramazanov artıq 4-cü ildir ki, həbsdədir. 

O, 2013-cü ildə 9 il müddətinə  azadlıqdan məhrum edilib. Blogerə qarşı CM-in 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaq və satmaq) maddəsi ilə ittiham irəli sürülüb. 

Öz "Facebook” səhifəsində din, azadlıq, ədalət mövzularında statuslar yazan Ramazanov ittihamı qəbul etməyib, sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyi üçün siyasi motivlərlə, saxta ittihamla həbs edildiyini düşünür.

Son zamanlar blogerin səhhətində problemlərin olması ilə bağlı xəbərlər gəlir. 

Toplum.Tv-nin "Siyasi məhbus ailələri rubrikası"nın növbəti müsahibi Rəşad Ramazanovun anası Zemfira Ələkbərovadır.Siyasi məhbusun anası bəzi sualları cavablandırıb.

- Rəşadla görüşürsünüz? Görüşlərinizə problem yaradılmır? 

- Yox, görüşlərimizə problem yaradılmır. Ayda iki dəfə görüş verilir. Ancaq ayda iki dəfə getmək imkanımız olmur. Yalnız bir dəfə gedə bilirik.

- Son dəfə Rəşadı nə vaxt görmüsünüz? Vəziyyəti necədir? 

- Özüm bir ildən çoxdu gedə bilmirəm, onun dərdindən  yataq xəstəsi oldum deyə. Yoldaşı axırıncı dəfə martda getmişdi yanına. İmkan olsa, bu ay da gedəcək. O, tutulanda ağ ciyəri xəstə idi. Su çəkilmişdi ciyərlərindən. İndi bir dəridir, bir sümük.

- Rəşad necə oldu siyasi proseslərə qoşuldu? Nə zamansa həbs olunacağını gözləyirdinizmi? 

- Heç bir partiyanın üzvü deyil. Nəsə fikrində belə olub, özündən yaranıb, necə olub, mənim xəbərim olmayıb. O, Bakıda olurdu. Necə oldu bu proseslərə qoşuldu, xəbərim olmadı. Yalan deyərəm. Nə vaxtsa həbs olmağına gəlincə, bəlkə, o gözləyirdi, amma mənim onun fəaliyyətindən xəbərim olmadığı üçün həbs olunacağını da gözləmirdim.

- Rəşadın mübarizə yoldaşlarından  kimlər maraqlanır onunla?

- Heç kəs maraqlanmır. Tək qalmışıq ortada. 

- Rəşadın həbsindən sonra ailənin durumu necədi?

- Ailəsi indi atasının himayəsindədir. Mən də 240 manat pensiya alıram. Oğlumun evinə gedəndə uşaqları deyir: "Nənə nə gətirmisən?” Bu pulla həm kommunal xərcləri ödəyirəm, həm özümüzə xərcləyirəm, həm də Rəşadın ailəsini saxlayıram. Mən neçə yerə bölüm 240 manatı? 

- Sizcə, hakimiyyət gənclərdən nə istəyir? 

- Hakimiyyət gənclərdən onların siyasətini dəstəkləməyi istəyir. "Başınızı salın aşağı, işinizlə məşğul olun”, - deyir. Mənim oğlum dokturanturada oxuyurdu. Öz biliyi ilə girmişdi. Ata-ananın bir övladıdır. Oğlumu bağışlamalarını istəyirəm. 

- Bir çox siyasi məhbus vaxtından əvvəl əfv olunaraq azadlığına qovuşur. Nə zamansa Rəşadın da əfv olunaraq vaxtından əvvəl azadlığına qovuşacağına inanırsınızmı? 

- İnanıram. Elə bilirəm ki, oğlum da nə vaxtsa, vaxtından əvvəl əfv olunacaq. 

- Rəşad azadlığa çıxdıqdan sonra onun yenidən mübarizə aparmasına münasibətiniz necə olacaq?

- Mənfi olar. Uşaqları yazıqdır. Gəlsin işləsin. Mən təkəm. Gəlsin ailəsinin, uşaqlarının yanına. Onu istəyirəm ondan. 

- Bir vicdan məhbusunun anası kimi bu gün meydanda mübarizə aparan gənclərə nə demək istərdiniz?

- Bu gün aparılan mübarizənin nəticəsi yoxdur. Gənclər bu gün mübarizə aparsalar da, bu mübarizəni dəstəkləyən yoxdur. Həqiqəti deyirəm mən. Bu 4 il ərzində Rəşadla bir adam da maraqlanmayıb. Nə deyim, Allah Rəşad başda olmaqla hamının qapısını açsın.

Vüsal Əfəndi
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Müsahibə

İH şöbə müdiri: Problem müharibə iştirakçılarının işsizliyidir

17 İyul 2022

Toplum TV

Qazi Elvin Cəfərovun Sabirabad rayon İcra Hakimiyyəti qarşısında özünü yandırmasından sonra Toplum TV icra başçısı Siraqəddin Cabbarova  iki  dəfə müsahibə üçün müraciət edib, ancaq başçı hər dəfə çox məşğul olduğunu bildirərək müsahibə verməyib. Suallara  Sabirabad rayon İcra Hakimiyyəti yanında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Müslüm Rzayev cavab verib. -Elvin Cəfərovdan başqa da Sabirabadda qazi intiharları olub. Sizcə niyə qazilər etiraz üçün son varianatı - intiharı seçirlər? - Özünü asan qazini nəzərdə tutursunuz yəqin. Onun da ailəsi intiharın səbəbi ilə bağlı müraciət edib, bizim rəhbərlik onları qəbul edib, dinləyib. Kim bu barədə soruşursa, öyrənmək istəyirsə,...
Müsahibə

Rasim Balayev AKİ-yə sədr seçildi

31 May 2022

açıq mənbədən götürülüb

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı baş tutub. Report-un xəbərinə görə, Xalq artisti Rasim Balayev ittifaqın sədri seçilib. Toplantını Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev açıb və ittifaqın sədrliyinə Rasim Balayev namizədliyinin irəli sürüldüyünü deyib. Anar Rzayev seçkinin açıq səsvermə ilə keçirilməsini təklif edib və onun təklifi qəbul olunub. Açıq səsvermə ilə Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib. İttifaqın əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

Seçilmiş Videolar

Toplum TV loqo