12:44, 14 İyul 2020 (Çərşənbə axşamı) 310

Virusa yoluxan həkimin ailəsi Mehriban Əliyevaya müraciət edib

Virusa yoluxan həkimin ailəsi Mehriban Əliyevaya müraciət edib
Sumqayıt Şəhər Ceyranbatan qəsəbəsi Təcili Tibbi Yardım Stansiyasında həkim işləyən Xasay Bayramov koronavirusa yoluxub. 

Onun durumunun ağır olduğu bildirilir. Hətta həkimin yaxınları Birinci vitse-prezident Mehriban Əliyevayada müraciət ediblər.

Həkimin yaxın qohumu Mirxan Xudaquliyev Toplum tv-yə deyib ki, xəstə hazırda koronavirus xəstələri üçün ayrılan "Yeni Klinika” xəstəxanasında müalicə alır. Xəstənin vəziyyəti ağır olduğunu deyən M.Xudaquliyev onun təcili EKMO cihazına qoşulmasının zəruri olduğunu deyir. 

Xəstənin qohumları iyulun 12-də M. Əliyevaya bununla bağlı müraciət etdiklərini bildirib. 

"Artıq 2 gündür Mehriban Əliyevaya müraciət olunub. Bütün dostları, qohumları da müraciət edib. Ümid edirik, xanım bu işə bir reaksiya verəcək, mərhəmət göstərəcək. İnsanların sağlamlığının keşiyində duran bir insana biz də həyat verməliyik”, - M.Xudaquliyev deyir.

O, Xasay Bayramovun ailə üzvlərinin də koronavirusa yoluxduğunu deyir.

Vüsalə Mikayıl