13:59, 08 İyul 2020 (Çərşənbə) 429

Xanlar Vəliyevə yeni müavin təyin edilib

Xanlar Vəliyevə yeni müavin təyin edilib
Azərbaycanın hərbi prokuroruna yeni müavin təyin edilib.

APA-nın məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Fuad Məmmədov hərbi prokuroru Xanlar Vəliyevin müavini vəzifəsinə təyin edilib.  

F.Məmmədov buna qədər Respublika Hərbi Prokurorluğunda şöbə rəisi olub.