Sosial

Yaralı əsgər Kənan Musayev: “Qapımızı döyən olmadı”

30 Noyabr, 2020
1397
Kənan Musayev oktyabrın 3-də Suqovuşan uğrunda gedən döyüşlərdə ayağından və əlindən  yaralanıb. 
 
Əməliyyatdan sonra həkimlər onu həyata qaytara bilsələr də, bir ayağını dizdən aşağı kəsməli olublar.
 
Bu günə qədər 3 dəfə əməliyyat olunan  K. Musayev  deyir ki,  ilk əməliyyatı Naftalan mərkəzi xəstəxanasında, daha iki əməliyyatsa Mingəçevir Mərkəzi xəstəxanasınd baş tutub. 

Onun sözlərinə görə, xəstəxanada olduğu müddətdə ona yaxşı baxılıb. Oktyabrın 18-i həyati təhlükəsi qalmadığından evə buraxılıb.
"Xəstəxanadan 1 ay 15 gündür buraxılmışam. Bu müddət ərzində dövlət idarələrindən heç kim qapımızı döyməyib” - qazi K.Musayev belə deyir.
 
Xəstəxanaya gətiriləndə özündə olmayan döyüşçünün sənədləri itib: "Məni əməliyyat masasına qoyanda paltarım çıxarılıb. Hərbi biletim cibimdə it-bata düşüb”.
O, sığorta məsələsinə görə Hərbi Komissarlığa arayış üçün özü müraciət etməli olub: "Mənə köməklik edəcəklərini bildirsələr də, səs-soraq yoxdur, halbuki artıq müraciətimdən 20 gün keçir”.
 
Ana: "Sarğı ləvazimatlarını, dərmanları qonşularımın yardımı ilə ala bilmişəm”

Anası Məhəbbət Məmmədovanın sözlərinə görə, oğlunun müalicəsi ilə bağlı qohum-qonşudan başqa kimsədən dəstək görməyib. Maddi vəziyyətlərinin ağır olduğunu deyən ana bu günə qədər Hərbi Komissarlıqdan, Səhiyyə idarəsindən, rayon İcra Hakimiyyətindən onlarla maraqlanan olmadığını qeyd edir: "Dərmanları, sarğı ləvazimatlarını qonşularımın yardımı ilə ala bilmişəm”.
Qəhərlənən ana sözünə belə davam edir: "Gördük, bizimlə kimsə maraqlanmır, məcbur qalıb dost-tanışdan xahiş etdik ki, sosial şəbəkələrdə oğlum haqqında məlumatları paylaşsınlar”.

Sosial şəbəkədəki paylaşımlardan sonra Qazax rayon icra başçısının müavini ailə ilə əlaqə saxlayıb. 
"Dünən axşam, nəhayət, başçının müavini bizə gəlib dedi ki, oğlumun adını DOST Mərkəzinə yazdıracaqlar, ordan oğluna baxmaq üçün müavinət ala bilərsən”. 
 
Əsgər anası deyir ki, Qazax rayonunda yerləşən yataqxanda son 4 ildə qazsız yaşayıblar. Amma şikayətdən sonra 4 ildən bəri axır ki, onların da mənzillərinə qaz çəkiləcəyinə söz veriblər.
 
M.Məmmədova özü də işsizdir, iş axtarır: "Heç bir gəlir yerim yoxdur. Kənan evin tək oğludur. Hərbi xidmətə gedənə qədər mühərrik ustası idi. İşləyib bizi o dolandırırdı. İndi onun da vəziyyəti məlumdur”.
 
Ana oğlu əsgərlikdə olanda işsizliklə bağlı Məşğulluq idarəsinə müraciət edib: "Ordan məni marketdə xadiməliyə yönləndirsələr də, mən marketə gedənə qədər vakansiya tutulmuşdu. Ondan bəri  bir də  mənə o idarədən  zəng edən, işə çağıran olmadı”.
 
Qazax RİH-in münasibəti
 
Bu müddətdə icra hakimiyyəti niyə yaralı əsgərlə maraqlanmayıb? Bu gündən sonra ona hansı dəstək veriləcək?

"Toplum TV” Qazax rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayaraq bu suallara cavab almağa çalışıb. İcra hakimiyyətinin əməkdaşı problemi dinlədikdən sonra cavab vermədən telefonu söndürüb.
 
"Müharibə iştirakçılarına münasibət qənaətbəxş deyil”

Sosioloq Əhməd Qəşəmoğlu bu fikirdədir. O, müharibə iştirakçılarının ilk növbədə yerli icra orqanları tərəfindən qeydiyyata alınmalı, onlara yerindəcə dəstək verilməli olduğunu bildirir. 

"Bu zərurətdir. Azərbaycan ordusu bu müharibədə böyük şücaət göstərdi, amma müharibə sonrası bu insanlara lazımsız olduqlarını hiss etdirməklə biz gələcək nəslin də vətənə olan münasibətinə laqeydlik toxumu səpmiş oluruq. Vətənin müdafiəsi indi də aktual olaraq qalır. Dövlətin siyasətinin təbliğat, ideoloji tələbləri həmişə təmin olunmalıdır”.
 
Sosioloq hesab edir ki, qalib ordunun mükafatı dövlətin diqqəti olmalıdır, laqeydliyi yox.
 
Roza Məmmədova

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo