Siyasət

Yunan mətbuatı: "SOCAR-ın vəzifəli şəxslərinin uşaqları milyonlar xərcləyib"

24 İyun, 2020
342
Gənclər 4 saat əyləndikləri barda 65000 avro hesab ödəyiblər.

Meydan.TV məlumat verir ki, Yunanıstanın bir neçə mətbu orqanı bu barədə məlumat paylaşıb.

Məlumatda deyilir ki, küləklər adasında dincələn bu gənclər Azərbaycanın neft-qaz şirkətində çalışan vəzifəli şəxslərin uşaqlarıdır. Onlar adadakı bir villada qalmaq üçün günlük 25.000 avro xərcləyiblər (cəmi 475.000 avro). Gənclər 4 saat əyləndikləri barda isə 65000 avro hesab ödəyiblər.

Gəncləri hər addımda gündə 700 avro maaş alan 12 cangüdən izləyib. Yəni ümumilikdə cangüdənlərə 159600 avro ödənib.

"Əslində, cangüdənlər gündəlik xərcləri üçün 50.000 avroya başa gələn çamadanlarla dolaşırdılar. Xərclər bu limiti keçdikdə, hesab üçün kredit kartlarından istifadə etdilər”, - xəbərdə deyilir.

Egey dənizinin ortasında yerləşən, daş küçələrlə döşənən bu ada qeyri-adi bitki örtüyü ilə seçilir. Mikonos həm də gecə həyatı ilə məşhurdur.

Məlumatlarda deyilir ki, ötən il də 16 nəfər azərbaycanlı gənc bu adada dincəlib və ayda üç milyon avro xərcləyib. O vaxt onların qalması gündə 50 min avroya başa gəlirmiş.

Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) rəsmilərinin və onların övladlarının adları tez-tez öz var-dövlətləri ilə gündəmə gəlir.

Sonuncu belə hadisə bu ilin iyununda ictimailəşdi. SOCAR-ın prezidenti Rövnəq Abdullayevin oğlu ilə bağlı xəbər dünya mətbuatında yer aldı. Məlum oldu ki, Rəşad Abdullayevə məxsus, dəyəri 1 milyon funt-sterlinq (1 milyon 200 min avro) olan saat İspaniyanın İbitsa adasında oğurlanıb.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo