Siyasət

Zeynəb Xanlarova Tofiq Yaqublu ilə bağlı İlham Əliyevə müraciət etdi

17 Sentyabr, 2020
563
"Əminəm ki, Tofiq dövlətimiz, millətimiz üçün ziyanlı addım atmaz"

Azərbaycan xalq artisti Zeynəb Xanlarova Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu ilə bağlı prezidentə müraciət ünvanlayıb.

Vəkil Aslan İsmayılovun açıqlamasına görə Z.Xanlarova müraciətin məhz onun səhifəsində təhrif edilmədən paylaşılmasını istəyib.

Zeynəb Xanlarova Tofiq Yaqublunun uzun müddət həbsdə olmasını haqsızlıq kimi dəyərləndirib: "Bu gün Sizə Qarabağ qazisi, şəxsən tanıdığım, hörmətlə yanaşdığım və mənim yaradıcılığımın vurğunu olan Tofiq Yaqublu ilə bağlı müraciət edirəm. Əminəm ki, Tofiq dövlətimiz, millətimiz üçün ziyanlı addım atmaz. Bu gün onun uzun müddət həbsdə olmasını haqsızlıq kimi dəyərləndirib Sizdən şəxsən xahiş edirəm ki, onun azadlığa buraxılmasına köməklik edəsiniz. Tofiqi mərd Azərbaycan kişisi kimi tanıyıram, bala acısı görmüş adamdır. Bu gün onun həbsdə olması ilə bağlı aclıq etməsi faciə ilə sonuclana bilər. İnanıram ki, belə mövzularda ilk dəfə olaraq Sizə müraciət etməyimi nəzərə alacaqsınız”.

Xalq yazıçıları Anar və Çingiz Abdullayev də  "Turan” İnformasiya Agentliyinin sorğusunu cavablandırarkən Tofiq Yaqublunun azad olunmasını istəyib.

Yazıçılar Birliyinin sədri Anar "Tofiq Yaqublunun məhkəmə prosesinin detalları mənə məlum deyil, ona görə onun həbsini qiymətləndirə bilmərəm. Ancaq deyə bilərəm ki, mən istəməzdim tanınmış siyasətçi, jurnalist və ya ictimai xadim həbsxanada otursun”, - deyə bildirib.

Çingiz Abdullayev isə həbsin detallarından xəbərsiz olduğunu, məsələnin aydınlaşdırıla biləcəyini deyib: "Hər halda, düşünürəm ki, aydınlaşdırmaq və imkan varsa, onu azad etmək lazımdır. Üstəlik, o, Qarabağ müharibəsi veteranıdır. Mən, ümumiyyətlə, həbsdən daha yumşaq metodların tətbiqinin tərəfdarıyam”.

Martın 22-də Tofiq Yaqubluya qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşya vasitəsilə zərəçəkmiş şəxsə zor tətbiq etmək, xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb və həbs edilib. 

İttihama görə, Tofiq Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib.

Tofiq Yaqublu ittihamın saxta olduğunu bəyan edib. 

O, sentyabrın 3-də Nizami Rayon Məhkəməsində çıxarılan hökmlə 4 il 3 ay azadlıqdan məhrum edilib. 

Siyasi fəal hökmdən bir gün öncə məhkəmədə son sözünü deyəndə çıxışının sonunda aclıq aksiyasına başladığını bildirib. 

T.Yaqublu qanunsuz həbsinə və məhkəmə ədalətsizliyinə etiraz olaraq bu addımı atdığını, azadlığa buraxılana qədər aclığı dayandırmayacağını bəyan edib.

Sentyabrın 12-də siyasi fəal hospitala köçürülüb. 

Vəkillərinin və yaxınlarının sözlərinə görə, o, hər an komaya düşə bilər. Beynəlxalq təşkilatlar T.Yaqubluya qarşı ittihamların geri götürülməsini tələb edir, onun həbsini siyasi sifariş sayırlar. 

Roza Məmmədova

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo