Müsahibə

"Zövqlə qarın doymur"

17 May, 2018
2426
"Tamaşaya baxmağa gəlmək azdır, tamaşadan öyrənmək lazımdır”. 

Bu sözləri gənc  aktyor Kamran Muradlı deyir. 

Kamran Muradlının 23 yaşı var. 1 ilə yaxındır ki, Sumqayıt Dövlət Dram Teatrının aktyorudur. 

"Zövqlə qarın doymur”

"Aktyor olmaq uşaqlıq arzum olub, uşaqlıqda bu sənətin belə çətin və qazanc problemi olduğunu bilmirdim”, – gənc aktyor Toplum.Tv-yə danışır. 

"Universiteti bitirdikdən sonra Sumqayıt Dövlət Dram Teatrında çalışmağa başladım. Düzdür, qonorar, qazanc məsələsi ilə razı deyiləm, ancaq işimdən zövq aldığım üçün xoşbəxtəm.  Əlbəttə, zövqlə qarın doymur, gələcəkdə mənə daha çox pul lazım olacaq, elə indi də lazımdır. Ailə saxlamaq üçün isə daha çox qazanmaq lazım olacaq. Tək teatr qonorarı ilə bunu etmək mümkün deyil”, - deyir.  

Kamran Muradlının sözlərinə görə, aktyorlar emosional olurlar: "Nəinki məni, Azərbaycanda heç bir kişini teatrdan aldığı məbləğ qane etmir.  Qadınları, bəlkə, qane edər, çünki həyat yoldaşları da qazanıb evə çörəkpulu gətirir. Ümid edirik, hətta inanmaq istəyirik ki, gələcəkdə peşəmizin maddi tərəfi də bizi qane edəcək”. 

Gənc aktyor tamaşaçıların zövqündən də gileylidir: "Hamıya şamil etməsəm də, dövrün tamaşaçılarının zövqü yoxdur. Tamaşaçı klassika, ədəbiyyat, ruh sakitliyi istəmir. Zövqsüz, onlara heç bir hiss yaşatmayan filmlərlə yetinir və buna görə də yaxşını pisdən ayıra bilmir. İnsanlar teatra çox gəlməlidir ki, onun mahiyyətini anlasın. Çox vaxt görürsən ki, tamaşaçı səhnəyə heç baxmır, ona maraqlı deyil. Bu da onların zövqünün korlandığının sübutudur”. 

"Tamaşalar reklam olunmalıdır”

"Teatrda çox şey dəyişməlidir.  Teatrların, tamaşaların reklamı olmalıdır. Hətta tamaşalar haqda küçədə bülletenlər paylanmalıdır ki, insanlar baxıb məlumatlansınlar. Bu gün Sumqayıt sakinləri, hətta Bakı sakinləri tamaşalardan xəbərsizdilər. Departament yaradılmalıdır ki, televiziya serialları kimi teatrların da reklamı bütün hər yerdə yayımlansın. Elə insanlar var, deyirlər ki, bilmirik, xəbərimiz yoxdu, tamaşaya harda baxaq, nə vaxt gələk. İnsanlar televiziyada verilişin reklamını görüb onu izləyirlər, ancaq teatr belə deyil, insanlar ondan xəbərsizdilər. Gərək teatra gedəsən ki, tamaşaların vaxtını öyrənəsən, o da insanların xəbərsiz olub teatra gəlməməsi ilə nəticələnir”, - gənc aktyor gileylənir. 

Onun fikrincə, internet də teatra marağı azaldıb: "İnsanlara göstərmək lazımdır ki, canlı izləmək insana başqa zövq verir. O canlı zövqu də insanlara aşılamaq, reklam etmək lazımdır. Azərbaycan teatrı üçün istəyim budur".  

Gənc aktyor xarici ədəbiyyatdan tamaşalar oynamağı arzulayır: "Oynamağı arzuladığım xüsusi bir rol yoxdur, ancaq bir aktyor kimi çıxış etdiyim bütün rollarda tamaşaçıya bir mesaj çatdırmaq istəyirəm - mən nəsə etdim. Xüsusilə Avropa ədəbiyyatından əsərlər oynamaq istəyirəm, bizə xas olmayan adətlər və həyat tərzini canlandırmaq maraqlı olardı. 

Azərbaycanda gənc aktyora ən çox onu anlayan mühit lazımdır. Karyerasına yeni başlayan aktyora dəstək və özünü sübut etməsi üçün əsaslı rollar verilməlidir. Teatrdakı rejissor onun səhnədəki fəaliyyətini dəyərləndirməlidir”. 

"Teatra baxmağa gəlmək azdı, teatrdan öyrənmək lazımdır”

"Teatr bir güzgüdür, insanlar teatra ona görə gəlməlidilər ki, özlərini, öz yaşam tərzlərini görsünlər. Dramaturgiya elədir ki, oxuduqca, hadisələrin insanları gətirib çıxardığı nəticələri başa düşürlər. Teatr isə bunu onlara canlı şəkildə göstərir. Elə bir tamaşaçı ola bilər ki, aktyor səhnədə öz rolu ilə onun etdiklərini canlandıra bilər. Axı aktyor gedib o tamaşaçıya: "Bu etdiyin səhvdir, yolundan dön”, - deyə bilməz, ancaq öz rolu ilə bunu tamaşaçıya çatdıra bilər. Teatr insanların maariflənməsində çox böyük önəm kəsb edir”. 

Kamran Muradlıya görə, tamaşaya baxmağa gəlmək azdır, tamaşadan öyrənmək lazımdır.  

Lalə İsgəndərli 
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Müsahibə

İH şöbə müdiri: Problem müharibə iştirakçılarının işsizliyidir

17 İyul 2022

Toplum TV

Qazi Elvin Cəfərovun Sabirabad rayon İcra Hakimiyyəti qarşısında özünü yandırmasından sonra Toplum TV icra başçısı Siraqəddin Cabbarova  iki  dəfə müsahibə üçün müraciət edib, ancaq başçı hər dəfə çox məşğul olduğunu bildirərək müsahibə verməyib. Suallara  Sabirabad rayon İcra Hakimiyyəti yanında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Müslüm Rzayev cavab verib. -Elvin Cəfərovdan başqa da Sabirabadda qazi intiharları olub. Sizcə niyə qazilər etiraz üçün son varianatı - intiharı seçirlər? - Özünü asan qazini nəzərdə tutursunuz yəqin. Onun da ailəsi intiharın səbəbi ilə bağlı müraciət edib, bizim rəhbərlik onları qəbul edib, dinləyib. Kim bu barədə soruşursa, öyrənmək istəyirsə,...
Müsahibə

Rasim Balayev AKİ-yə sədr seçildi

31 May 2022

açıq mənbədən götürülüb

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı baş tutub. Report-un xəbərinə görə, Xalq artisti Rasim Balayev ittifaqın sədri seçilib. Toplantını Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev açıb və ittifaqın sədrliyinə Rasim Balayev namizədliyinin irəli sürüldüyünü deyib. Anar Rzayev seçkinin açıq səsvermə ilə keçirilməsini təklif edib və onun təklifi qəbul olunub. Açıq səsvermə ilə Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib. İttifaqın əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

Seçilmiş Videolar

Toplum TV loqo