Açıq mənbələrdən götürülüb
200 mindən çox polşalı Ukrayna üçün “Bayraktar” pilotsuz uçuş aparatının alınması üçün aksiya keçirib.
Bu barədə aksiyanın təşkilatçısı olan polşalı jurnalist Slavomir Serakovski özünün sosial media hesabında məlumat verib.
Onun sözlərinə görə, Türkiyənin “Baykar” şirkətinin “Bayraktar” pilotsuz uçuş aparatını Ukraynaya tədarükü üçün polşalılar 22,5 milyon zlota (4.6 milyon avro) toplayıblar.
Ukrayna Rusiya təcavüzünə qarşı hərbi əməliyyatlarında “Bayraktar” PUA-larından fəal şəkildə istifadə edir. İndiyəcən PUA-ların çox sayda hərbi texnikanı və canlı qüvvəni sıradan çıxardığı bildirilir.
Bir neçə gün əvvəl xəbər yayılmışdı ki, Rusiya Prezidenti Vladimir Putin Türkiyənin “Baykar” şirkəti ilə əməkdaşlıq istəyir. Putin bunun üçün Rusiyada "Baykar" şirkətinin zavodunun qurulmasını təklif edib.
Kremlin sözçüsü Dmitri Peskov avqustun 5-də Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Soçi görüşündə bu məsələni müzakirə edəcəyini təsdiqləyib.
“Bayraktar” PUA-ları ilk dəfə II Qarabağ müharibəsində məşhurlaşıb.
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir