Dünya

42 dövlət Rusiyanı qoşunlarını Atom Elektrik Stansiyasından çıxarmağa çağırıb

15 Avqust, 2022
255

Dünyanın 42 ölkəsi Rusiyanı qoşunlarını Zaporojye Atom Elektrik Stansiyasından (AES) çıxarmağa çağırıb. 

Müraciət avqustun 14-də Avropa İttifaqının rəsmi saytında dərc olunub. 

Rusiya martın əvvəlində Avropanın ən böyük AES-ni zəbt edib və ukraynalı heyət orada işləməkdə davam edir. Son həftələr artilleriya atəşindən sonra stansiya ərazisinə bir neçə dəfə mərmi düşüb, Kiyev və Moskva buna görə bir-birini təqsirləndirir. 

https://toplum.tv/dunya/qerb-ukraynaya-daha-1-5-milyard-avroluq-herbi-yardim-gosterecek

Müraciət 42 ölkə adından verilib: bütün Aİ ölkələri, Avstraliya, Böyük Britaniya, Gürcüstan, İslandiya, Kanada, Lixtenşteyn, Moldova, Yeni Zelandiya, Norveç, Şimali Makedoniya, ABŞ, Monteneqro, Cənubi Koreya və Yaponiya. Müraciətdə Rusiyaya silahlı qüvvələrini və bütün şəxsi heyətini stansiyadan, onun ətrafından və bütün Ukraynadan çıxarmağa dair çağırış edilir. 

“Rusiya hərbçilərinin və silahlarının nüvə obyektində yerləşdirilməsi qəbuledilməzdir və Beynəlxalq Atom Enerjisi Agentliyinin bütün üzvlərinin riayət etməyi öhdəsinə götürdüyü təhlükəsizlik, müdafiə və təminat prinsiplərini pozur”, - mətndə deyilir.

Müraciətdə həmçinin qeyd edilir ki, Rusiya hərbçilərinin mövcudluğu Ukraynanın nüvə təhlükəsizliyini qorumaq üzrə öhdəliklərini yerinə yetirməsinə, MAQATE-nin isə obyektdə nüvə tənzimləyicisi kimi səlahiyyətlərini həyata keçirməsinə mane olur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo