Dünya

6 oldular: koronavirusa qarşı peyvəndlər haqqında nə bilirik?

12 May, 2021
1715

Açıq mənbələrdən götürülüb

Yeni tip koronavirus SARS-COV-2-yə yoluxma səviyyəsi pandemiya olaraq qiymətləndiriləndən az sonra bir neçə ölkənin alimləri bu virusa qarşı peyvənd hazırlamağa başladılar. İlk klinik sınaqları 2020-ci ilin aprelində başlanılan “Pfizer”-in dekabr ayında COVID-19 virusuna qarşı 95 faiz təsirli olduğu açıqlanıb. 

2021-ci il yanvarın 1-də isə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiq edilən ilk peyvənd olub. Halbuki təşkilat 2020-ci ilin fevralında bəyan etmişdi ki, COVID-19-a qarşı 18 aydan daha az müddətdə hər hansı peyvəndin istifadəyə verilməsi gözlənilmir. 

“AstraZeneca”  peyvəndinin 2020-ci il noyabrın 23-də koronavirusa qarşı 70 faiz effektiv təsir göstərdiyi açıqlanıb. ÜST bu peyvəndi 2021-ci il fevralın 15-də təsdiqləyib.

ABŞ Qida və Dərman İdarəsinə (FDA) 2020-ci ilin noyabrın 30-da sınaq nəticələrini  təqdim edilən “Moderna” peyvəndinin istifadəsinə qurum tərəfindən dekabrın 18-də icazə verilib. Peyvənd ÜST tərəfindən 2021-ci ilin mayın 1-də təsdiq edilib. 

Rusiya Səhiyyə Nazirliyinin 2020-ci il avqustun 11-də ictimaiyyətə təqdim etdiyi “Sputnik V” peyvəndi ilə bağlı isə ÜST hələ açıqlama verməyib. 

2020-ci il oktyabrın 19-da Braziliyada keçirilən III klinik sınaqların nəticələri Çin istehsalı olan “CoronaVac” peyvəndinin COVID-19-a qarşı təsirli olduğunu ortaya çıxarsa da, ÜST peyvəndin yan təsirləri ilə bağlı məlumatların kifayət etmədiyini bildirib. 

Bəs koronavirusa qarşı hazırlanan və daha çox istifadə olunan “CoronaVac”, “AstraZeneca”, “Pfizer”, “Sputnik V” və “Moderna”  peyvəndlərinin bir-birindən fərqi nədir? 

“CoronaVac” və ya “Sinovac” Çin şirkəti “Sinovac”-ın COVID-19-a qarşı hazırladığı inaktiv peyvəndlərdən biridir. Onun tərkibində genetik materialları məhv edildiyinə görə çoxala bilməyən, ancaq immunitetin reaksiyasına səbəb ola bilən viruslardan istifadə edilir.

Bu peyvənd Azərbaycan, Türkiyə, Pakistan, Ukrayna da daxil olmaqla 24 ölkəyə ixrac olunur.

“Sinovac”ın virusa qarşı təsiri ölkələrə görə fərqli nəticələr göstərir. Məsələn, Braziliyada aparılan sınaqlar nəticəsində bu peyvəndin təsirinin 78 faiz olduğu açıqlanıb, İndoneziyada bu rəqəm 65 faizdir. Türkiyədə aparılan testlər nəticəsində isə Çinin peyvəndinin təsir gücünün 83,5 faiz olduğu deyilir.

Digər 4 peyvəndin ortaq özəlliyi isə onların daha yeni texnologiyalar əsasında hazırlanmalarıdır.

“Vaxzevria” peyvəndi qanda tromb yaradır?

İngiltərə-İsveç dərman şirkəti “AstraZeneca” ilə Oksford Universitetinin birlikdə hazırladığı “AstraZeneca” adlı peyvəndin adı martın 25-də dəyişdirilərək “Vaxzevria” adlandırılıb.

2020-ci il noyabrın 23-də koronavirusa qarşı 70 faiz effektiv təsir göstərdiyi açıqlanan peyvənddən 2021-ci ilin yanvarından etibarən Hindistanda - dünyanın ən çox əhaliyə malik ikinci ölkəsində istifadə etməyə başlayıblar. 

“Vaxzevria” 98 ölkədə təsdiqlənib. Aprelin 8-də şirkətin rəsmi saytında dərc olunan xəbərə görəsə, COVAX vasitəsilə yüz milyonlarla peyvəndin 142 ölkəyə çatdırılması planlaşdırılıb. Amma 2021-ci ilin martında “Vaxzevria” peyvəndinin qanda laxtalanmaya səbəb olduğu barədə məlumat verildiyindən bir sıra ölkələr, o cümlədən, Danimarka, İsveç, Almaniya, Fransa, İtaliya, Hollandiya bu peyvənddən istifadəni dayandırdı.

Bununla belə, Böyük Britaniya “Vaxzevria”-nın vurulduğu 18,1 milyon insandan yalnız 30 nəfərinin qanında tromb yarandığını bəyan etdi, bu ölkənin Dərman və Sağlamlıq Məhsulları Tənzimləmə Qurumu isə martın 24-də peyvənd olunan 30 nəfərdən 7-nin öldüyünü açıqladı.

Məsələ bununla bitmədi. Aprelin 6-da Avropa Dərman Agentliyinin səlahiyyətli nümayəndəsi Marko Kavaleri İtaliya mətbuatına açıqlamasında “Vaxzevria”-nın qanı laxtalandırdığını bəyan etdi.

Son günlər bəzi ölkələr yenə bu peyvənddən imtina etməkdədir.

İsrail “Pfizer”-in ölüm faizini aşağı saldığını iddia edir

ABŞ-ın “Pfizer” firması ilə Almaniyanın “BioNTech” firmasının birlikdə hazırladığı “Pfizer” peyvəndi 3 həftə ara ilə 2 dəfə vurulur. Bu peyvəndin ən böyük çatışmazlığı mənfi 70 dərəcədə saxlanılmasıdır.

“Pfizer”-i qısa zamanda sürətlə tətbiq edən İsrail bu peyvəndin ölüm faizini əhəmiyyətli şəkildə aşağı saldığını açıqlayıb. Peyvədin ilk dozasının 52 faiz, ikinci dozasının isə 95 faiz təsiri olduğu bildirilib.

“Pfizer” 84 ölkədə təsdiqlənib, şirkət isə 2021-ci ilin sonuna qədər 1,3 milyard doza istehsal etməyi planlaşdırır.

“Pfizer” 40 min könüllü üzərində sınaqdan keçirilib və yüngül əks-təsirlərinin olduğu qeyd olunur. Peyvəndlənənlərin təxminən 80 faizinin inyeksiya bölgəsində ağrı hiss etdiyi, bir çoxunda yorğunluq, baş və əzələ ağrısı, bir qismində isə keçici şişlər  yarandığı deyilir. Əks-təsirlərə gənclərdə daha çox rastlanıb. 

“Sputnik V” haqqında az məlumat var

Rusiya Səhiyyə Nazirliyinə tabe olan  N.F.Qamaleya adına elmi-tədqiqat institutunun hazırladığı “Sputnik V” peyvəndinin 91,4 faiz effektiv olduğu açıqlanıb, bu vaksin 65 ölkədə təsdiqlənib.

Rusiya Milli Rifah Fondu ilk açıqlamasında peyvəndin koronavirusla mübarizədə 92 faiz təsirli olduğunu bildirsə də, “Pfizer” və “Moderna”nın effektivliyinin 94 faizdən çox olduğu açıqlanandan sonra qurum “Sputnik V” ilə bağlı 95 faiz rəqəmini səsləndirib.

Braziliyanın səhiyyə orqanı “Anvisa” aprelin 26-da bu peyvəndin idxalından imtina edib. Qurumun texniki heyətinin əsaslandırmasına görə, peyvəndin özünəməxsus riskləri, eyni zamanda təhlükəsizliyi, keyfiyyəti və effektinə dair informasiya qıtlığı var.

“Sputnik V” adi soyuqdəymənin səbəbkarı adenovirusa əsaslanan vektor texnologiyalı peyvənddir. “Anvisa”nı məhz bu məqam narahat edib - adenovirusun  çoxala biləcəyi ehtimalı.

“Sputnik V” hazırda Avropa Dərman Agentliyi (EMA) tərəfindən nəzərdən keçirilir və hələ ki təsdiqlənməyib. Qurum peyvəndin hazırlanması və sınaq prosesi haqda əlavə informasiya istəyərək iyun ayında açıqlama verəcəyini bildirib. 

Ümumdünya Səhiyyə Təşkilatı da sözügedən peyvəndlə bağlı dəyərləndirmələrin iyunun sonu və ya iyulda açıqlanacağını bəyan edib. 

Macarıstansa artıq bu peyvənddən istifadəyə başlayıb. Slovakiya da sifariş verib, amma aprelin 7-də Dərmanlara Nəzarət üzrə Dövlət İnstitutu bildirib ki, Rusiya peyvəndinin effekti və riskləri ilə bağlı cavabsız qalan sualları var. Əsas səbəbsə istehsalçının adekvat informasiya verməməsidir. 

“Moderna” ən yaxşı peyvənd seçilib

ABŞ-ın “Moderna” firmasının hazırladığı “mRNA-1273” adlı peyvəndin təsir gücünün 94,1 faiz olduğu bildirilir. 

4 həftə ara ilə 2 dəfə vurulan peyvəndin ömrü mənfi 20 dərəcə temperaturda 6 ay, normal peyvənd soyuducusunda 30 gün, otaq temperaturunda isə 12 saatdır. 
Qadınlar və kişilər arasında heç bir fərq göstərməyən peyvəndin yaş qruplarına təsir gücü fərqlidir. Amerika Gida və Dərman İdarəsinin (FDA) açıqlamasına görə, 65 yaşdan aşağı şəxslərdə 94,1 faiz təsirli olan peyvənd 65 yaşdan yuxarı şəxslərdə 86,4 faiz təsir gücünə malikdir. 

Kanada, Fransa, Almaniya, İsrail başda olmaqla, bu peyvənd 45 ölkədə təsdiqlənib. 

Mayın 6-da "Röyters"in yaydığı məlumata görə, Ümumdünya Peyvənd Konqresinin ekspertləri “Moderna”nın koronavirusa qarşı ən yaxşı peyvənd olduğunu müəyyənləşdiriblər. 

Altıncı peyvənd də gəldi

Mayın 8-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı 6-cı peyvəndin istifadəsinə icazə verib.

Çinin "Sinofarm" şirkəti tərəfindən istehsal edilən yeni peyvənd tərkibinə görə ÜST-ün daha əvvəl icazə verdiyi preparatlardan fərqlənir. O, "inaktiv peyvənd" kimi klassik sxem üzrə işləyir. İstehsalçının açıqlamasına görə, preparatın effektivliyi 79 faizdir. 

Ukrayna və Gürcüstan daxil olmaqla, dünyanın 80 ölkəsində bu peyvəndin tətbiqinə icazə verilib. 

Azərbaycanda peyvəndlənmə hansı mərhələdədir? 

Azərbaycanda əhalinin peyvəndlənməsinə yanvarın 18-də başlanılıb. Ölkə kampaniyaya Çindən sifariş etdiyi 4 milyon doza “Sinovac” peyvəndi ilə başlayıb.
Aprelin 4-də COVAX platforması xətti ilə Bakıya COVID-19 virusuna qarşı 84 min doza “Vaxzevria” peyvəndi gətirilib və onun vurulmasına mayın 3-dən etibarən başlanılıb.

Mayın 2-də isə “Sputnik V”-nin ilk partiyası - 40 min doza göndərilib.

Mayın 11-nə olan məlumata əsasən, Azərbaycanda bu günə qədər 1 705 906 peyvəndləmə (birinci mərhələ üzrə 1 009 487, ikinci mərhələ üzrə 696 419 nəfər) həyata keçirilib.

Mayın 12-nə olan statistikaya əsasən, dünya üzrə 1 340 262 476 doza peyvənd tətbiq edilib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo