Dünya

AB-nin yeni sanksiyaları Rusiyadan neft idxalını da əhatə edəcək

4 May, 2022
78

AFP

Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalarda neft idxalına qarşı da tədbirlər nəzərdə tutur.

"İnterfaks"-ın məlumatına görə, bu barədə Avropa Parlamentinin sədri Şarl Mişel məlumat verib.

Şarl Mişel Yunanıstanın Aleksandrupolis şəhərində üzən LNG terminalı tikintisinin başlanmasına görə etdiyi çıxışında deyib: “Əminəm ki, AB-nin yeni sanksiyalar tətbiqi qaçılmazdır, xüsusən də Rusiya neftinə qarşı”.

Şarl Mişel həm də üzən LNG terminalı tikintisinin vaxtında başlamasına diqqət ayırıb. Onun sözlərinə görə, terminal “qaz təchizatını diversifikasiya etməyə, enerji infrastrukturunu möhkəmləndirməyə və Rusiya yanacağından asılılığı azaltmağa” kömək edəcək.

Dünya

Peskov: Dost olmayan ölkələri düşmən adlandırmağın vaxtı çatıb

17 May 2022

Reuters

Amerika Birləşmiş Ştatları Rusiyaya qarşı düşmən dövlətə çevrilib. “TASS” xəbər verir ki, bunu mayın 17-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, artıq dost olmayan ölkələri düşmən adlandırmağın vaxtı çatıb: “Bəli, biz hələ də yumşaq şəkildə onları dost olmayan dövlətlər adlandırırıq. Mən deyərdim ki, bunlar artıq düşmən dövlətlərdir, çünki onların etdiklərinin bir adı var - müharibə”. Peskov çıxışı zamanı onu da qeyd edib ki, dövlət öz maraqlarını müdafiə edərkən bütövlük nümayiş etdirməyəndə suverenliyini itirir. Mart ayında rəsmi Moskva Rusiya şirkətlərinə və vətəndaşlarına qarşı yönəlmiş dövlətlərin siyahısını əks etdirən fərman imzalayıb. Təsdiq edilmiş siyahıya ABŞ, Kanada və Avropa...
Dünya

İsveç 200 illik neytrallıq siyasətini pozaraq NATO-ya müraciət edib

17 May 2022

EPA/EFE

İsveçin xarici işlər naziri Ann Linde ölkəsinin NATO-ya üzv olması üçün ərizə imzalayıb. Məlumatı mayın 17-də İsveçin ictimai yayım şirkəti “Sveriges Television” yayıb. Mayın 16-da İsveç hökuməti alyansa üzvlüklə bağlı yekun qərarını açıqlayıb. Beləliklə, o, 200 il davam edən neytral ölkə siyasətinə son qoyub. Baş nazir Magdalena Anderson “Ölkənin üzvlüklə gələn təhlükəsizlik zəmanətlərinə ehtiyacı var" deyib. Baş nazir bu qərarı təhlükəsizlik siyasətində tarixi dəyişiklik adlandırıb. Sözügedən qərar Rusiyanın Ukraynaya müdaxiləsi fonunda verilib. Üzvlük ərizəsi bütün NATO ölkələri tərəfindən təsdiqlənməlidir. Əvvəllər bunun daha operativ şəkildə baş tutacağı güman edilirdi. Lakin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin bu qərarın “əleyhinə” səs verəcəyini...

Seçilmiş Videolar

Toplum TV loqo