Açıq mənbələrdən götürülüb
ABŞ Prezidenti Co Bayden NATO-nun Madriddə keçirilən sammiti zamanı bildirib ki, Rusiyaın təhdidlərinə cavab olaraq Birləşmiş Ştatlar bütün Avropa boyu əlavə quru, hava və dəniz qüvvələri yerləşdirəcək. Prezident Polşada daimi əsaslarla 5-ci ordunun qərargahının təşkil olunacağını da bəyan edib. Qərar Ukrayna müharibəsinin fonunda qəbul olunub.
Yeni Amerika hərbi gəmiləri İspaniyaya, qırıcı eskadrilyaları Böyük Britaniyaya, quru qoşunları Rumıniyaya, HHM hissələri Almaniya və İtaliyaya, silahların geniş çeşidi isə Baltikyanı ölkələrə göndəriləcək. Bayden bildirib ki, qərar Rusiyanın Ukraynaya təcavüzünündən sonra regionun təhlükəsizliyini gücləndirmək və NATO ərazisinin hər düyümünün müdafiə etmək üçün qəbul olunub.
https://toplum.tv/dunya/abs-kesfiyyati-putin-ukraynanin-boyuk-hissesini-tutmaq-isteyir
Hazırda Avropada 100 minə yaxın ABŞ hərbçisı yerləşdirilib, Ukrayna müharibəsi balayandan sonra onların sayı təxminən 20 min artırılıb. Yeni göndəriləcək qüvvələrin sayı barədə hələ ki, məlumat verilmir.
Polşadakı qərargah səhra dəstək taboru ilə eyni zamanda yerləşdiriləcək. Bu, NATO-nun şərq cinahında ABŞ-ın ilk daimi hərbi kontingenti olacaq. Polşa Prezidenti Ancey Duda Vaşinqtonun bu qərarını alqışlayaraq Polşanın təhlükəsizliyinin möhkəmləndirilməsinə böyük töhfə adlandırıb.
Rusiyanın XİN rəhbərinin müavini Sergey Ryabkov Vaşinqtonun “eskalasiya ssenarisindən yayınmaq fürsətini qaçırdığını” bildirib və “təhlükəsizliyə 100% təminat verən kompensasiya tədbirləri” ilə təhdid edib.
Co Bayden çərşənbə günü Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanla da görüşüb. Ağ ev sahibi İsveç və Finlandiya ilə onların NATO üzvlüyü məsələsində razılığa gəlməsinə görə təşəkkür edib. Vaşinqtonda daha əvvəl bildirmişdilər ki, bu məsələ ilə bağlı Türkiyəyə heç bir təzyiq eməyiblər və heç bir vəd verməyiblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür