Dünya

ABŞ Azərbaycan və Ermənistana: təmkinli olun

14 May, 2021
99

Açıq mənbələrdən götürülüb

“Ermənistan-Azərbaycan sərhədinin demarkasiya aparılmamış hissəsində gərginliyin artması barədə xəbərləri diqqətlə izləyirik. Tərəflər arasında ünsiyyətin davam etdiyini başa düşürük, vəziyyəti gərginləşdirməmək üçün təmkinli olmağa çağırırıq”.

Mayin 14-də ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays özünün “Tvitter” hesabında belə yazıb.

Mayın 13-də Ermənistanda Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Sünik vilayətində Qaragöl (Sev liç) ərazisində Azərbaycan hərbçilərinin təxribat törətdiyini açıqlayıb.

O bildirib ki, Azərbaycan əsgərləri saxta xəritələrlə həmin ərazinin Azərbaycan sərhədləri daxilində olduğunu iddia edirlər: “Xəritələrin saxtalaşdırıldığı açıqdır və Sovet dövründə rəsmi olaraq təsdiqlənmiş xəritələrin müqayisəsi bunu sübut edir. Şübhəsiz ki, Azərbaycan əsgərlərinin neytral bölgələrimizi keçib Sev liç gölünə çatmasının necə mümkün olduğu çox vacib sualdır. Bu, mütləq nəzərdən keçiriləcək ayrıca bir məsələdir”.

Həmin gün Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanla Ermənistan sərhədində baş verənlərə aydınlıq gətirib.

Nazirliyin açıqlamasına görə, sülh bəyanatına əsasən işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistanla sərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə sərhəd qüvvələri Azərbaycana aid mövqelərdə yerləşdirilir; proses adi rejimdə və sistematik qaydada icra edilir.

Dünya

Baş Prokurorluq 4 namizədin həbsi üçün vəsatət verib

20 İyun 2021

Ria.ru

Gorusun seçki məntəqələrində əsgərlərə səsvermə ilə bağlı təlimat verilir. Bu haqda “News.am”-a şəhərin meri Aruş Aruşanyan deyib. “Çox sayda qanun pozuntusu var. Bizim yerlərdəki etibarlı şəxslərimiz güclüdürlər. Kimsə qanun pozuntusuna yol vermir, yerindəcə onları qeqdiyyata alır və buna imkan vermirlər”, - Aruşanyan deyib. Ermənistanda hərbi qullquçuların kütləvi şəkildə məcburi səs verməyə aparılması haqda sosial mediada da məlumatlar və bəzi görüntülər yayılıb. Ermənistan Müdafiə Nazirliyi mətbuatda və sosial şəbəkələrdə hərbi heyətin zorla səs verməsi barədə yayılan məlumatları təkzib edir. Nazirlik hərbçilərin seçki məntəqələrinə qrup halında aparılmasını daşınma prosesinin koordinasiyalı həyata keçirilməsi ilə izah edib. “Yayılan görüntülərdə seçki məntəqələrindəki hərbi qulluqçular çəkilib...
Dünya

Baş Prokurorluq 4 namizədin həbsi üçün vəsatət verib

20 İyun 2021

Açıq mənbələrdən götürülüb

Ermənistan Baş Prokurorluğu Mərkəzi Seçki Komissiyasına 4 namizədin haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət göndərib. MSK-nın hüquq şöbəsinin müdiri Liliya Akopyan “Azadlıq” radiosunun erməni xidmətinə deyib ki, komissiya iki namizədlə bağlı razılığını verib. Bunlar “Şərəf duyaram” blokunun namizədi Ruben Xlgatyan və “Çiçəklənən Ermənistan” partiyasının namizədi Aramais Aproyandır. MSK təmsilçisinin sözlərinə görə, daha iki namizəd üçün vəsatətlər müzakirə olunmayıb, qanun üç günlük bir müddət təyin edib. Həmin vəsatətlərin seçkidən bir gün öncə - iyunun 19-da daxil olduğu bildirilir. Seçki günü təşviqatın Seçki Məcəlləsi ilə də qadağan olunduğunu əsas gətirən Liliya Akopyan Akopyan Baş Prokurorluğun hansı namizədlərin həbsi ilə bağlı müraciət...
Seçilmiş Videolar