Açıq mənbələrdən götürülüb
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Azərbaycanın 17 erməni hərbçisini azad etməsini alqışlayıb.
Bu barədə o, "Tvitter" hesabında məlumat verib.
"Biz Azərbaycanın 17 erməni hərbi əsirini geri qaytarmasını alqışlayırıq. ABŞ dayanıqlı sülh sazişinə nail olmaq üçün səyləri dəstəkləməyə davam edir" - deyə o vurğulayıb.
https://toplum.tv/siyaset/xin-den-orduyla-bagli-sosial-sebekelerde-yayilan-videolarla-bagli-aciqlama
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mətbuata açıqlamasında deyib ki, 17 erməni hərbçisinin Ermənistana qaytarılması Ceyk Sallivanın təşəbbüsü ilə sentyabrın 27-də keçirilən üçtərəfli görüş zamanı əldə olunan razılaşmanın nəticəsidir.
"Ümid edirəm ki, üçtərəfli iş humanitar məsələlərin həllində, regional sabitlik və sülhdə müsbət nəticələr verəcək və bütün razılaşmalar həyata keçiriləcək.
Ermənistan Vaşinqtonda əldə olunan bütün razılaşmalara sadiqdir”, - Qriqoryan açıqlamasında deyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb