Dünya

ABŞ COVID-19-un laboratoriyadan sızıb-sızmadığını öyrənməkdə israr edir

8 İyun, 2021
1588

FT

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Gebreyesus iyunun 7-də dünyanın yoxsul hissəsindən ötrü daha çox pul və vaksin dozası istəyib

ABŞ hökumətinin milli laboratoriyası COVID-19-un mənşəyi haqda hesabatında belə bir qənaətə gəlib ki, virusun Çinin Vuhan şəhərində laboratoriyadan sızması ehtimalı mümkün versiyadır və daha çox araşdırıla bilər. Bu haqda “Wall Street Journal” bazar ertəsi – iyunun 7-də məxfi sənədlə tanış adamlara istinadla yazıb.

İki versiya

Araşdırmanı 2020-ci ilin mayında Kaliforniyadakı Lorens Livermor Milli Laboratoriyası hazırlayıb. Dövlət Departamenti Tramp administrasiyasının son aylarında pandemiyanın mənşəyinə dair araşdırmasında ona istinad edib.

Qəzetin yazmasına görə, Lorens Livermor virusun genom analizini aparıb. Laboratoriyadan əlavə şərh almaq mümkün olmayıb.

Prezident Co Bayden ötən ay deyirdi ki, virusun mənşəyi ilə bağlı suallara cavab tapmaqdan ötrü köməkçilərinə göstəriş verib.

ABŞ-ın kəşfiyyat agentlikləri iki mümkün ssenarini nəzərdən keçirirlər – virusun laboratoriyadan sızması, yaxud insanın yoluxmuş heyvanla təmasından keçməsi. Amma Baydenin sözlərinə görə, onlar bir nəticəyə gələ bilməyiblər.

Çinə çağırışlar

Kəşfiyyat hesabatı hələ də məxfi sayılır, keçmiş prezident Donald Tramp administrasiyası dövründə ondan informasiya sızıb. Hesabatda iddia olunur ki, Çinin Vuhan Virusologiya İnstitutunun üç tədqiqatçısı 2019-cu ilin noyabrında elə xəstələniblər ki, xəstəxanada qalmalı olublar. Bunu ABŞ-ın hökumət mənbələri deyir.

ABŞ rəsmiləri Çini virusun mənşəyi haqda şəffaf olmamaqda suçlayıb, Pekin isə ittihamı rədd edib.

Dünya Səhiyyə Təşkilatının (ÜST) aparıcı rəsmisi Mayk Ryan isə bazar ertəsi deyib ki, qurum Çini COVID-19-un mənşəyinə dair daha çox informasiya yaymağa məcbur edə bilməz.

Bu ayın əvvəlində isə ABŞ-ın yoluxucu xəstəliklər üzrə aparıcı eksperti Entoni Fauçi Çini doqquz nəfərin xəstəlik tarixçələrini yaymağa çağırıb. Açıqlamaya görə, onların xəstəliyi COVID-19-un laboratoriya sızmasının nəticəsi olub-olmamasına vacib ipucu verə bilər.

ÜST-nin başçısı isə zəngin ölkələrin liderlərini BMT-nin dəstəklədiyi COVID-19 vaksinasiya proqramını dəstəkləməyə, inkişaf etməkdə olan dünyada vaksin dozalarına çıxışı gücləndirməyə çağırıb.

İki cığırlı pandemiya

Bu həftə Böyük Yeddilik (G7) liderləri İngiltərədə bir araya gələcək. Onların pandemiyaya koordinasiyalı reaksiyanı, daha az inkişaf etmiş ölkələr üçün vaksinlərə çıxışı müzakirə edəcəyi gözlənir.

ÜST rəhbəri Tedros Adhanom Gebreyesus iyunun 7-də dünyanın yoxsul hissəsindən ötrü daha çox pul və vaksin dozası istəyib.

“Getdikcə, iki cığırlı pandemiya görürük. COVID-19-a qarşı vaksinlər buraxılandan altı ay keçir, yüksək gəlirli ölkələrdə dünyadakı dozaların 44 faizə yaxını vurulub. Azgəlirli ölkələrdə isə cəmi 0.4 faiz doza vurulub. Bu statistikayla bağlı ən məyusedici şey odur ki, bu durum aylardır dəyişmir”, – o, Cenevrədə mətbuat konfransında deyib.

Səhiyyə ekspertləri virusun əsasən dörd ştammından narahatlıq bildirirlər.

ÜST rəsmisi Maria Van Kerxove deyib ki, Hindistanda böyük fəsadlar törətmiş delta variantı indi 60-dan çox ölkədə yayılmaqdadır və ilk dəfə Britaniyada aşkarlanmış alfa variantından daha yoluxucudur.

O, narahatlıq yaradan tendensiyalar kimi yoluxuculuğun artmasını, ictimai səhiyyə və sosial qadağaların yüngülləşdirilməsini, dünyada vaksinlərə qeyri-bərabər çıxışı sadalayıb.

Azadlıq Radiosu


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Uqandada LGBT nümayəndələri ömürlük həbslə cəzalandırılacaq

Toplum TV
30 May 2023

Açıq mənbələrdən götürülüb

Uqanda Prezidenti Yoveri Museveni eynicinsli münasibətlərə görə ömürlük həbs və bəzi hallarda ölüm cəzasını nəzərdə tutan qanun layihəsi imzalayıb.  Toplum TV BBC-yə istinadən xəbər verir ki, bu, LGBTQ+ nümayəndələrinə qarşı ən qəddar qanunlardan biridir. Ölüm cəzası qarşı tərəfin razılığı olmadığı təqdirdə, habelə yetkinlik yaşına çatmayanlara, psixi pozğunluğu və fiziki məhdudiyyəti olan şəxslərə qarşı cinsi xarakterli əməllər, həmçinin təqsirləndirilən şəxsin QİÇS analizi müsbət çıxdığı hallar üçün nəzərdə tutulub. https://toplum.tv/multimedia/pbakida-lgbt-feallari-aksiyaya-cehd-edibp Uqanda parlamenti tərəfindən qəbul edilən qanun layihəsinin orijinal variantında özünü LGBTQ+ nümayəndəsi kimi təqdim etmə faktına görə cəza nəzərdə tutulurdu. Prezident onu yenidən baxılması üçün parlamentə göndərdikdən sonra bu bənd sənəddən çıxarılıb....
Dünya

Moskvaya dron hücumu: Rusiya Ukraynanı ittiham edir

Toplum TV
30 May 2023

Açıq mənbələrdən götürülüb

“Səhər saatlarında Kiyev rejimi Moskvadakı obyektlərə pilotsuz uçuş aparatları ilə terror hücumu həyata keçirib” Toplum TV xəbər verir ki, bu barədə mayın 30-da Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.  Bildirilir ki, paytaxt səkkiz təyyarə tipli pilotsuz təyyarə ilə hücuma məruz qalıb. Nazirliyin açıqlamasına görə, Moskva vilayətində beş PUA "Pantsir-S" zenit-raket sistemi ilə vurulub, üçü isə radio-elektron qurğularla yerə düşürülüb. https://toplum.tv/dunya/pavropa-ittifaqi-oumllkeleri-rusiyanin-200-milyard-avroluq-aktivlerini-dondurubp Rusiyanın teleqram kanalları isə paytaxta hücum edən PUA-ların sayının Müdafiə Nazirliyinin açıqladığından daha çox olduğunu iddia edib.  Mayın 30-na keçən gecə Ukrayna da "Şahed-136/131" dronlarının növbəti hücumuna məruz qalıb. Ukraynanın Hərbi Hava Qüvvələri ümumilikdə 31 kamikadze dronun havaya qaldırıldığını bildirir. Məlumata...

Seçilmiş Videolar

Toplum TV loqo