Le Point
ABŞ-ın İllinoys ştatında polisin uşaqların dindirdiyi zaman yalan danışmasına və məlumatları təhrif etməsinə qadağa qoyulub.
"The Washington Post"-un iyulun 16-da verdiyi məlumata görə, müvafiq fərmanı ştatın qubernatoru Cey Pritzker imzalayıb.
Qanun 2022-ci ili yanvarın 1-də qüvvəyə minəcək. Qanunda əsas etibarilə hüquq mühafizə orqanlarının əməkdaşlarına yetkinlik yaşına çatmayan şəxsin dindirilməsi zamanı əgər günahını etiraf edərsə, cəzasının yüngülləşdiriləcəyi barədə vəd vermək və sübut olmadığı halda şübhəliyə sübutun olduğuna dair məlumat vermək qadağan edilib.
İllinoysun bu cür qadağanın tətbiq edildiyi ilk ştat olduğu bildirilir.
Mətbuatın məlumatına görə, dindirilmələr zamanı aldatmaq metotundan istifadəyə ölkə miqyasında icazə var və polis bundan geniş miqyasda istifadə edir. "The Washington Post" yazır ki, bununla belə, bu cür metodlardan yetkinlik yaşına çatmayan şəxslər üzərində istifadə yalançı etiraflara və məhkəmə xətalarına səbəb olur.
İllinoys ştatının qubernatoru bildirib ki, sözügedən qanun cəmiyyətin həssas təbəqələrinin hüquqlarının qorunmasında vacib rol oynayacaq.
AA
MARCA